Bu məqalə Ağcabədi rayonu haqqındadır. Ağcabədi rayonunun inzibati mərkəzi olan eyniadlı şəhər üçün Ağcabədi səhifəsinə baxın. |
Ağcabədi rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi.[1] Mərkəzi Ağcabədi şəhəridir. Ağcabədi rayonunun mərkəzi aeroport, Ağdam dəmir yolu stansiyasından 45 km, Bakıdan 374 km aralı, Qarqar çayının hər iki sahilində Mil və Qarabağ düzlərindədir.
Rayon | |
Ağcabədi rayonu | |
---|---|
40°03′10″ şm. e. 47°27′41″ ş. u.HGYO |
|
Ölkə | |
Daxildir | Qarabağ |
İnzibati mərkəz | Ağcabədi |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 8 avqust 1930 |
Sahəsi |
|
Hündürlük | 39 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
ISO kodu | AZ-AGC |
Telefon kodu | 113 |
Poçt indeksi | 0400 |
Avtomobil nömrəsi | 04 |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Azərbaycan Respublikasının ən iri kənd təsərrüfatı rayonlarından biri olan Ağcabədi rayonunun ərazisi 1756 km² — dir, əhalisi 136,7 min nəfərdir (1 yanvar 2020).[2]
Məşğul əhalinin əsas hissəsi səhiyyə, təhsil, mədəniyyət sahəsində, kənd təsərrüfatında, rayonda fəaliyyət göstərən sənaye müəssisələrində, ticarət, ictimai iaşə xidmət sahələrində çalışır.
Ağcabədi rayonu 1 şəhər, 1 qəsəbə və 39 kənd inzibati ərazi vahidindən və 44 kənddən (Ağcabədi şəhəri, Hindarx qəsəbəsi, Avşar, Aşağı Avşar, Xocavənd, Salmanbəyli, Mehrablı, Aran, Yeni Qaradolaq, Qaradolaq, Kəbirli, Hacıbədəlli, Nəcəfqulubəyli, Şənlik, Şahmalılar, Şotlanlı, Bala Kəhrizli, Böyük Kəhrizli, Biləğan, Ağabəyli, Pərioğullar, Cəfərbəyli, Hüsülü, Rəncbərlər, Qiyaməddinli, Qaravəlli, Təzəkənd, Muğanlı, Şahsevən, Şahsevən-Təzəkənd, Köyük, Boyat, Qaraxanlı, Hacılar, Kəhrizli, Şərəfxanlı, Arazbar, Sarvanlar, Kürdlər, Minəxorlu, Yuxarı Qiyaməddinli , Sarıcalı, Taynaq, Poladlı, İmamqulubəyli, Gələbədin kəndləri) ibarətdir.
Rayon ərazisində 216 idarə və müəssisə, 8 bank filialı, 2 rabitə müəssisəsi, 5 mehmanxana fəaliyyət göstərir. İşçilərin sayına və ərazisinə görə ən iri müəssisə Atena MMC- dir. Bu Məhdud Məsuliyyətli cəmiyyətin 200 nəfər işçisi vardır.
Hazırda rayon üzrə məşğul əhalinin sayı 72632 nəfər, o cümlədən sənayedə çalışanların sayı 664 nəfər, kənd təsərrüfatında çalışanların sayı 32681 nəfər, tikintidə 398 nəfər, nəqliyyat və rabitədə 329 nəfər, təhsil, mədəniyyət və incəsənətdə 5351 nəfər, səhiyyə, bədən tərbiyəsi və sosial təminatda 1171 nəfər, kreditləşmə maliyyə və sığortada 134 nəfər, İdarəetmə orqanları aparatında 417 nəfər, ticarət və xidmət sahələrində 3635 nəfər, digər sahələrdə 24361 nəfərdir.
Adının mənası iri məskən (ağca-iri, badi-məskən, qəsəbə) olan Ağcabədi rayonu Azərbaycanın qədim yaşayış məskənlərindən biridir. Bu qədimliyi sübut edən maddi əlamətlərdən olan eneolit, tunc, antik dövrünə və orta əsrlərə aid yaşayış yerlərinin qalıqları — Kamiltəpə, Nərgiztəpə, Qaraköbər, Yantəpə, Qalatəpə və Gavur arxı diqqəti cəlb edir. Tarixçilər bu təpələri Misir ehramları ilə müqayisə edərək qeyd edirlər ki, hətta Gavur arxının Makedoniyalı İsgəndər tərəfindən təmir olunması güman olunduğu halda, XVI əsrdə Teymurləng tərəfindən tam təmir olunması tarixi faktdır. Rayonda orta əsrlərə aid daşdan yonulmuş formalı başdaşlarına qəbirstanlıqlarda rast gəlmək olur.'
Kür-Araz ovalığının Mil və Qarabağ düzlərində yerləşən Ağcabədinin adı ilk dəfə 1593-cü ildə Bərdə Livasına tabe olan Ağcabədi nahiyəsi olaraq çəkilmiş və qədim tayfaların yaşayış məskəni olmuşdur. Ağcabədi yaxınlığında eneolit, tunc, antik dövrünə və orta əsrlərə aid yaşayış yerlərinin qalıqları və müxtəlif qəbir abidələri aşkar edilmişdir. Orta əsrlərə aid qəbiristanda daşdan yonulmuş qoyun formalı başdaşıları vardır. Ağcabədi Qarabağın dayağı olan Kəbirlilərin, 32-lərin məskunlaşdığı ərazidir.
Qədim tayfaların məskunlaşdığı ərazidə həmin tayfaların adı ilə bağlı olan kənd adları bu günə kimi yaşamaqdadır. Kəbirli kəndinin adı Qarabağın Kəbirli tayfasının adı ilə bağlıdır. Şahsevən kəndinin adı isə XVI əsrdə I şah Abbas Qızılbaş tayfaların zəiflətmək üçün könüllü qvardiya düzəltmiş və onlara torpaq payları vermişdir. Həmin torpaqlar bu günə qədər öz qədim adlarını saxlayırlar. Ağcabədinin Şahsevən kəndinin adı məhz bu Şahsevən qvardiyasının adı ilə bağlıdır. 1727-ci ildə Gəncə-Qarabağın Müfəssəl tarix dəftəri sənədində Bayot nahiyəsi tərkibində Ağcabədi kəndinin adı çəkilir. Ağcabədi rayonunun Boyad kəndində Pənahəlixan 1747–1748-ci ildə Bayot qalasını tikdirmişdir.
XVIII əsrin 50-ci illərində Hacı Çələbi Boyad qalasına hücum etsə də, onu ala bilməmişdir. Bunda sonra Pənahəlixan Boyat qalasının duzən yerdə yerləşdiyinə görə başqa qala tikdirmək qərarına gəlir. 1823-cü ilin məlumatına görə Ağcabədinin aşağı hissəsində yerləşən Xəlfərəddin kəndi sonralar Ağcabədi ilə birləşərək Ağcabədi Xəlfərəddin adlandırılmışdır. 1930-cu ildə Sovet hakimiyyəti Azərbaycan ərazisi inzibati bölgüyə bölən zaman Ağcabədi də inzibatı bölgüsünə görə rayon adı almış,1963-cü ildə ləğv edilərək Ağdam rayonuna verilmişdir. Rayonun ərazisi 1756 km2 , əhalisi 136,7 min nəfərdir (1 yanvar 2020). Rayon Ağdamın tərkibindən 1965-ci ildə ayrılmış və yenidən rayon statusu almışdır.
Qarabağ müharibəsində Ağcabədi rayonuna da zərər vurulmuş, rayonun Qiyaməddinli kəndi həmin dövrlərdə işğal olunan yeganə Ağcabədi kəndi idi.
Ağcabədi rayonu Bərdə, Zərdab, Füzuli, Ağdam, Xocavənd, Beyləqan rayonları ilə həmsərhəddir. Rayonunun mərkəzi Ağdam dəmir yolu stansiyasından 45 km, Bakıdan 374 km aralı, Qarqar çayının hər iki sahilində, Mil və Qarabağ düzlərindədir.
Ümumi ərazi, [kv.km] | 1760.00 |
Məhsuldar torpaqların ümumi sahəsi, [kv.km] | 815.29 |
Kənd təsərrüfatına yararsız torpaqların sahəsi, [kv.km] | 298.28 |
Heyvandarlıq üçün otlaqların sahəsi, [kv.km] | 600.29 |
Əkilmiş torpaqların ümumi sahəsi, [kv.km] | 553.75 |
Meyvə bağlarının ümumi sahəsi, [kv.km] | 8815.29 |
Şoran torpaqların ümumi sahəsi, [kv.km] | 79.35 |
Ağcabədi rayonunun relyefi düzənlikdir, şimal-şərqdən cənub-qərbə doğru tədricən yüksəlir, ərazinin səthi Aptropoden sisteminin kontinental — Allüduar və dəniz çöküntülərindən təşkil olunmuşdur. Gil yatağı var. Rayonun şimal-şərq sərhəddi ilə təqribən 45 km məsafədə Kür çayı, mərkəzi hissədə Qarqar çayı axır. Rayon ərazisindən Yuxarı Qarabağ və Orcenikidze adlı kanallar keçir. Ərazidə şor sulu göllər var. Boz-çəmən, boz, çəmən-boz torpaqlar yayılmışdır. Mərkəzi hissədə şor və şorakət torpaq sahəsinə də təsadüf olunur. Rayonda meliorasiya işləri tətbiq olunur.
Ərazinin səthi Antropogen sisteminin kontinental və dəniz çöküntülərindən təşkil olunmuşdur.
Rayonun çay şəbəkəsi nisbətən seyrəkdir. Şimal — şərq sərhədi ilə Kür çayı, mərkəzi hissədən Qarqarçay axır. Qarqarçay Kiçik Qafqazın Qarabağ silsiləsinin şərq yamacından axan Xəlfəliçay ilə Zarıslıçayın qovuşmasından yaranır. Çayın mənbəyi 2080 m yüksəklikdədir. Onun 11 qolu vardır. Ərazidə şor sulu göllər vardır. Bunlardan ən böyüyünün ümumi sahəsi 3.1 min ha olan Ağgöldür.
İqlimi mülayim-isti və quru subtropikdir. Boz-çəmən, boz və çəmən-boz torpaqlar yayılmışdır. Bitkiləri bozqır və yarımsəhra tiplidir. Kür çayı sahillərində kolluqlar və seyrəlmiş tuqay meşələri vardır. Ərazinin xarakterik su bitkiləri, əsasən, saçaqotu , suincilosu, sünbüllü suçiçəyi, dəniz nayası və s. Meşələri əsasən, söyüd, ağyarpaq qovaq, qarağac, tut, uzunsaplaq palıd, saqqız ağacı və s. ağac növləri yayılmışdır.[3]
Məməliləri ceyran, canavar, qaban, çaqqal, adi tülkü, qamışlıq pişiyi, bataqlıq qunduzu, porsuq, boz dovşan, kiçik asiya qum siçanı və s. canlılardan ibarətdir. Su hövzələrində 30-a yaxın balıq növünə rast gəlinir. Bunlar qılıncbalıq, durnabalıq, qızılüzgəc, həşəm, lilbalıq, çəki və s. balıqlardır. Sürünənlərdən xəzər və bataqlıq tısbağaları, adi suilanı və suilanı yayılmışdır.[4]
Ağcabədi rayonu quşlarla zəngin olub 150-ə yaxın növ ilə təmsil olunmuşdur. Bunlardan 90-dan çox növ yuvalayandır. Ərazinin ornitofaunası, əsasən, turac, çöl göyərçini, qaraqarın bağrıqara, qırqovul, Sultan toyuğu, adi flaminqo, qaraquş, ərsindimdik, qarabattaq və s. quşlardan ibarətdir. Ağgöl Milli Parkının bir hissəsi və Ağgöl Dövlət Təbiət Yasaqlığı Ağcabədi ərazisinə düşür.[5]
Sarıcalı kəndi yaxınlığında antik dövrə aid Səngərtəpə yaşayış yeri. Poladlı kəndi yaxınlığında Tunc Dövrünə aid Gavurtəpə. Dəmir Dövrünə aid Yolçəkəntəpə, Aşıxlıtəpə kurqanları. Ağcabədi şəhərində Tunc Dövrünə aid Üçtəpə və Şahtəpə kurqanları. Hindarxı kəndində Eneolit və Tunc Dövrlərinə aid Çaqqallıtəpə yaşayış yeri, Qasımtəpə və Hiiseynbəy kurqanları. Boyat kəndi yaxınlığında Eneolit Dövrünə aid Töyrətəpə yaşayış yeri, Tunc Dövrünə aid Boyatqala. Arazbar kəndi yaxınlığında m.ə. I minilliyə aid yaşayış yeri. Salmanbəyli kəndi yaxınlığında antik dövrə aid Qaragöbər nekropolu. Tunc dövrünə aid Üçtəpə yaşayış yeri.
Boyat kəndi yaxınlığında Solaxaytəpə yaşayış yeri. Qaradolaq kəndi yaxınlığında antik dövrə aid Qaratəpə yaşayış yeri. Kəbirli kəndi yaxınlığında orta əsrlərə aid Əmirəhməd yaşayış yeri. Hacılar kəndində qədim qəbiristanlıq. Hindarx qəsəbəsində məscid (1907).
İqlimi mülayim, isti və quru subtropiktdir. Orta aylıq temperatur yanvarda 1,2–1,7 °C, avqustda isə 25–30 C-dir. İllik yağıntı 300–500 mm-dir.
Əhalinin ümumi sayı | 135550 |
Şəhər əhalisinin sayı, [%] | 31.2381 |
Kənd əhalisinin sayı, [%] | 68.7619 |
Əhalinin orta sıxlığı | 61.268750 |
Əhalinin cins qrupları üzrə sayı: (kişilər), [%] | 49.6490 |
Əhalinin cins qrupları üzrə sayı: (qadınlar), [%] | 50.3510 |
Əhalinin yaş qrupları üzrə sayı: (uşaqlar), [%] | 37.1575 |
Əhalinin yaş qrupları üzrə sayı: (18 yaşa qədər), [%] | 9.933 |
Əhalinin yaş qrupları üzrə sayı: (18-dən 55–60-a), [%] | 49.9940 |
Əhalinin yaş qrupları üzrə sayı: (təqaüdçülər), [%] | 7.8510 |
Ali təhsilli əhalinin sayı, [%] | 4.728 |
Orta təhsilli əhalinin sayı, [%] | 34.7760 |
Məskunlaşmış qaçqınların sayı | 223 |
Məskunlaşmış məcburi köçkünlərin sayı | 18431 |
Etnik qruplar | [6] | 1959-cu il[7] | 1970-ci il[8] | 1979-cu il | 1999-cu il | 2009-cu il |
---|---|---|---|---|---|---|
Azərbaycanlılar | 33.048 | 39.141 | 59.226 | 65.454 (99,4%) | Nümunə | Nümunə |
Ermənilər | 265 | 254 | 69 | 47 (0.1%) | Nümunə | Nümunə |
Talışlar | 16 | - | N/A | - (-) | Nümunə | Nümunə |
Ləzgilər | 63 | 29 | 26 | 42 (0,1%) | Nümunə | Nümunə |
Avarlar | 3 | - | 5 | 42 (0,1%) | Nümunə | Nümunə |
Gürcülər | 24 | 4 | 21 | 11 (0,1%) | Nümunə | Nümunə |
Kürdlər | 17 | - | - | 234 (0,4%) | Nümunə | Nümunə |
Ruslar | 1.151 | 604 | 353 | 11 (0,1%) | Nümunə | Nümunə |
Ukraynalılar | 112 | N/A | - | 11 (0,1%) | Nümunə | Nümunə |
Almanlar | 2 | N/A | N/A | 11 (0,1%) | Nümunə | Nümunə |
Yəhudilər | 14 | 2 | 4 | 11 (0,1%) | Nümunə | Nümunə |
Beloruslar | 11 | N/A | N/A | 11 (0,1%) | Nümunə | Nümunə |
Özbəklər | 274 | N/A | N/A | 11 (0,1%) | Nümunə | Nümunə |
Taciklər | 2 | N/A | N/A | 11 (0,1%) | Nümunə | Nümunə |
Qazaxlar | 2 | N/A | N/A | 11 (0,1%) | Nümunə | Nümunə |
Komilər | 1 | N/A | N/A | 11 (0,1%) | Nümunə | Nümunə |
Başqırdlar | 1 | N/A | N/A | 11 (0,1%) | Nümunə | Nümunə |
Udmurtlar | 1 | N/A | N/A | 11 (0,1%) | Nümunə | Nümunə |
Tatarlar | 32 | N/A | 27 | 11 (0,1%) | Nümunə | Nümunə |
Mordvalar | 5 | N/A | N/A | 11 (0,1%) | Nümunə | Nümunə |
Çuvaşlar | 2 | N/A | N/A | 11 (0,1%) | Nümunə | Nümunə |
Osetinlər | 1 | N/A | N/A | 11 (0,1%) | Nümunə | Nümunə |
Dargilər | 41 | N/A | N/A | 11 (0,1%) | Nümunə | Nümunə |
Moldovanlar | 1 | N/A | N/A | 11 (0,1%) | Nümunə | Nümunə |
Osetinlər | 3 | N/A | N/A | 11 (0,1%) | Nümunə | Nümunə |
Adıgeylər | 1 | N/A | N/A | 11 (0,1%) | Nümunə | Nümunə |
Farslar | 22 | N/A | N/A | 11 (0,1%) | Nümunə | Nümunə |
Latışlar | 1 | N/A | N/A | 11 (0,1%) | Nümunə | Nümunə |
Polyaklar | 2 | N/A | N/A | 11 (0,1%) | Nümunə | Nümunə |
Türklər | 2 | N/A | N/A | 11 (0,1%) | Nümunə | Nümunə |
Estonlar | 1 | N/A | N/A | 11 (0,1%) | Nümunə | Nümunə |
Tatlar | N/A | 1 | 2 | 11 (0,1%) | Nümunə | Nümunə |
Saxurlar | N/A | - | 1 | 11 (0,1%) | Nümunə | Nümunə |
Qrızlar | N/A | N/A | N/A | 11 (0,1%) | Nümunə | Nümunə |
Udinlər | N/A | N/A | 1 | 11 (0,1%) | Nümunə | Nümunə |
Digər xalqlar | 2 | N/A | N/A | 42 (0,1%) | Nümunə | Nümunə |
Milliyəti göstərilməyən | 11 | N/A | N/A | 11 (0,1%) | Nümunə | Nümunə |
Cəmi | 35.133 | 40.279 | 59.837 | 65.854 (100%) | Nümunə | Nümunə |
Qeydlər :
|
Etnik quplar | Əhalinin Sayı[9](Nəfər) |
---|---|
Azərbaycan türkləri | 65.454 (99,4%) |
Talışlar | - (-) |
Ruslar | 234 (0,4%) |
Ermənilər | 47 (21,8%) |
Ləzgilər | 42 (0,1%) |
Gürcülər | 11 (0,1%) |
Bütün rayon üzrə | 65.854 (100%) |
Rayon iqtisadiyyatının əsasını salam təsərrüfatı, yüngül və yeyinti sənayesi təşkil edir. Ağcabədi Azərbaycanın əsas pambıqçılıq rayonlarındandır. Həmçinin, taxılçılıq, üzümçülük, heyvandarlıq və baramaçılıq inkişaf etmişdir. 2009-cu ildə rayonda 1769 hektar sahədə pambıq əkilmiş, 2645 ton məhsul yığılmışdır. 2010-cu ildə isə pambıq əkini 2425 hektar və həmin sahələrdən yığılan məhsul isə 2896 ton olmuşdur. Göründüyü kimi əvvəlki illə müqayisədə əkin sahəsi 656 hektar, məhsul istehsalı isə 251 ton artmışdır. Rayonda 2 pambıq tədarükü müəssisəsi Ağcabədi Pambıq "ASC "və" CTS Aqro" MMC fəaliyyət göstərir. Rayonda yağ-pendir zavodları, istehsal kombinatı vardır. Bundan başqa "Pambıq" ATSC, avtomobil təmiri zavodu müəssisələri var. Rayona qaz çəkilməsi işlərinə 2008-ci ildə başlanılıb. 2013-cü ilədək Ağcabədi şəhəri də daxil olmaqla rayonun bütün yaşayış məntəqələrinə qaz çəkiləcəkdir.[10] Ağcabədidə 2009-cu ildə ət istehsalı 9024 ton, süd istehsalı 48432 ton, yumurta istehsalı 11902 min ədəd, yun istehsalı 975 ton olmuşdur. 2009-cu ildə taxıl əkini sahəsi 27383 hektar, cəmi məhsul 84712.4 ton, hər hektarın məhsuldarlığı 30.8 sentner olmuşdur. Bundan əlavə, 80 hektar dən üçün qarğıdalı əkilmiş, 470.2 ton məhsul götürülmüşdür. Cəmi 85182.6 ton məhsul istehsal edilmişdir.[11]
Rayonda 62 ümumtəhsil məktəbi, 1 texniki peşə məktəbi, 1 universitet, 1 kollec, 2 məktəbdənkənar uşaq müəssisəsi, 39 uşaq bağçası, 8 musiqi məktəbi, 20 mədəniyyət evi, 43 klub, incəsənət məktəbi, tarix-diyarşünaslıq muzeyi, 74 kitabxana, 12 xəstəxana, vərəm dispanseri, sanitar-epidemiologiya stansiyası, 22 feldşer-mama məntəqəsi var. Ermənistanın təcavüzü nəticəsində Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində yüzlərlə ev, 1 məktəb binası, 1 kənd mədəniyyət evi, 1 kitabxana yandırılaraq məhv edilmişdir.
Ağcabədi rayonunun ərazisində tarixi, memarlıq və incəsənət abidələri mövcuddur. Belə ki, rayonda eneolit, tunc, antik dövr və orta əsrlərə aid yaşıyş yerlərinin qalıqları tapılmışdır.
Ağcabədi rayonunda AzTv Dövlət televiziyasının, rəhbəri Sənan Həsənoğlu "Space" telekanalının müxbir postları yerləşir. Rayonda 1932-ci ildən "Ağcabədi pambıqçısı" qəzeti nəşr olunub. Sonrakı illərdə qəzetin adı dəyişərək "Sürət" olub, 1990-cı ildən etibarən isə "Aran" adı ilə nəşr olunur[12].
Azərbaycan ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |