Quzanlı


QuzanlıAzərbaycan Respublikasının Ağdam rayonunun Quzanlı qəsəbə inzibati ərazi dairəsində qəsəbə.[2]

Quzanlı
40°09′31″ şm. e. 47°09′39″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 85 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 13.002 nəf.
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ0233[1]
Xəritəni göstər/gizlə
Quzanlı xəritədə
Quzanlı
Quzanlı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Quzanlının tarixi adı "Sarıcalı-Quzanlı" olub. El arasında indiyə qədər elə adlanır. Kənd Qarabağda yaşamış böyük bir türk tayfasının adı ilə bu cür adlandırılmışdır. XX əsrin ikinci yarısında Sofulu, Sarıcalı (Cır Sarıcalı), Çaylı kəndləri Quzanlıya köçürülüb. Quzanlıda, Şahbəyli, Birinci Quzanlı, İkinci Quzanlı, Ana Quzanlı, Bala Quzanlı, Çaylı, Məmmədli və "Kommunist" adlanan məhəllələr mövcud olub.

1593-cü ilin məlumatına görə, Quzanlı tayfası Bərdə mahalının Sir nahiyəsində yaşayırdı. Mənşəcə VI əsrdə Altaydan Cənubi Avropaya qədər geniş bir ərazini əhatə etmiş, Türk xanlığının əsasını qoymuş və mənbələrdə adı Kuzan/Kuzen/ kimi qeyd olunmuş tayfa adı ilə bağlıdır. Ehtimal ki, XIII əsrdə Mil düzündə Beyləqan rayonu yaxınlığında adı çəkilən Kizan/Xizan/ qalasının adı da bu tayfanın adı ilə əlaqədardır.

Kənddə Dəlləkoğlu, Məmmədlilər, Mollahüseynli, Kərbalayi Abdulla, Əmrahovlar, Çaylı, Allahverənli, Sudhallaclı və s. nəsillər yaşayırlar.

Birinci Qarabağ müharibəsindən sonra Quzanlı kəndi uzun müddət cəbhə bölgəsində yerləşib.

1993-cü ildən bəri (Ağdam şəhərinin işğalından sonra) Quzanlı qəsəbəsi rayon mərkəzini əvəz edir.

1999-cu ildə Quzanlı bələdiyyəsi təşkil olunmuş, 2000-ci ildə onun birinci nizamnaməsi təsdiq edilmiş, 30.08.2017-ci il tarixində isə nizamnaməsi yenilənmişdir[3].

2000-ci ildə “Azərbaycan Respublikasında yerli özünüidarəetmə üzrə Əlaqələndirmə Şuraları haqqında” Əsasnaməyə[4] uyğun olaraq Ağdam rayonu Bələdiyyələrinin Əlaqələndirmə Şurası Quzanlı qəsəbəsində təşkil edilmişdir.

Ağdam Ağsaqqallar Şurasının binası Quzanlı qəsəbəsinin mərkəzi meydanında fəaliyyət göstərir.

03.05.2005-ci il tarixli 903-IIQ nömrəli Qanunla təsdiq edilmiş "Bələdiyyələrin regional assosiasiyalarının Nümunəvi Əsasnaməsi"nə[5] uyğun olaraq, Quzanlı bələdiyyəsi Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının üzvü olmuşdur.

Azərbaycan Respublikasının 22 may 2007-ci il tarixli, 346-IIIQ nömrəli Qanunu ilə Ağdam rayonunun Quzanlı kənd inzibati ərazi dairəsi tərkibindəki Quzanlı kəndinə qəsəbə statusu verilmiş, Quzanlı kənd inzibati ərazi dairəsi Quzanlı qəsəbə inzibati ərazi dairəsi hesab edilmişdir.[6]

Tarixi abidələri

[redaktə | mənbəni redaktə et]

Quzanlı bələdiyyəsi

[redaktə | mənbəni redaktə et]

"Bələdiyyə əraziləri tə torpaqları haqqında" Qanuna[7] əsasən Quzanlı qəsəbəsi Quzanlı Bələdiyyəsinin mərkəzidir. Həmin Bələdiyyənin ərazi hüquqlarında aşağıdkı yaşayış məntəqələri mövcuddur:

Quzanlı bələdiyyəsinin binası, 24.10.2024
Quzanlı qəsəbə iəd Quzanlı qəsəbəsi
Birinci Quzanlı iəd Birinci Quzanlı qəsəbəsi
İmamqulubəyli qəsəbə iəd İmamqulubəyli qəsəbəsi
İmamqulubəyli kənd iəd İmamqulubəyli kəndi
İmamqulubəyli kənd iəd Çullu kəndi
Quzanlı qəsəbə iəd Eyvazlı kəndi

“Azərbaycan Respublikasında yerli özünüidarəetmə üzrə Əlaqələndirmə Şuraları haqqında Əsasnaməyə”[5] uyğun olaraq Ağdam rayonu Bələdiyyələrinin Əlaqələndirmə Şurası Quzanlı qəsəbəsində yerləşir və Quzanlı bələdiyyəsinin sədri eyni zamanda həmin Şuranın sədri hesab olunur.

"Bələdiyyələrin regional assosiasiyalarının Nümunəvi Əsasnaməsi"nə[5] uyğun olaraq, Quzanlı bələdiyyəsi Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının üzvüdür.

1992-ci ildən etibarən burada məcburi köçkünlər də məskunlaşıb və hazırda Quzanlıda 18 minə qədər əhali yaşayır.

Tanınmış şəxsləri

[redaktə | mənbəni redaktə et]

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

2006-cı ildə "Azərpoçt" DM üzrə Ağdam rayonu Quzanlı qəsəbəsində yeni poçtamt binası təmirdən sonra istifadəyə verilmişdir.

2008-cı ilin yanvarın 16-da Azərbaycan prezidenti İlham Əliyev tərəfindən Avropa standartlarına uyğun olaraq Olimpiya kompleksinin açılışı olub.

7 avqust 2014-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti Ağdam rayonunun Quzanlı-Üçoğlan-Xındırıstan-Səfərli avtomobil yolunun tikintisi məqsədilə Sərəncam imzalamışdır. Həmin Sərəncama əsasən Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Ağdam Rayon İcra Hakimiyyətinə 3,2 milyon manat ayrılmışdır.[8]

  1. http://www.azerpost.az/?options=content&id=188.
  2. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  3. Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). İstifadə tarixi: 2024-11-01.
  4. Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). İstifadə tarixi: 2024-11-01.
  5. 1 2 3 Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). İstifadə tarixi: 2024-11-04.
  6. Azərbaycan Respublikasının Ağdam rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 22 may 2007-ci il tarixli, 346-IIIQ saylı Qərarı[ölü keçid]
  7. Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). 2012-01-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-01.
  8. Ağdam rayonunun Quzanlı-Üçoğlan-Xındırıstan-Səfərli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 7 avqust 2014-cü il tarixli Sərəncamı Arxivləşdirilib 2017-03-05 at the Wayback Machine president.az  (az.)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]