Semka Sokoloviç-Bertok

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Semka Sokoloviç-Bertok
Doğum tarixi 22 dekabr 1935(1935-12-22)
Doğum yeri
Vəfat tarixi 4 mart 2008(2008-03-04)[1] (72 yaşında)
Vəfat yeri
Vəfat səbəbi insult
Dəfn yeri
  • Miroqoy qəbiristanlığı[d][2]
Fəaliyyəti aktrisa, şahmatçı, teatr aktrisası, kino aktrisası

Semka Sokoloviç-Bertok (bosn. Semka Sokolović-Bertok; 22 dekabr 1935, Sarayevo4 mart 2008[1], Zaqreb) — Yuqoslaviya və Bosniya aktrisası. 70-dən çox teatr, 50-dən çox film rollarında oynamışdır.[3] Gəncliyində perspektivli şahmatçı olmuşdur, Gənclər arasında Xorvatiya Şahmat Çempionatında 8 dəfə qalib gəlmişdir.[4]

Həyatı

Semka Sokoloviç Bosniya və Herseqovinanın Sarayevo şəhərində bosniya ailəsində anadan olmuşdur. Anası Abida dərzi idi.[5] Atası Rasim maliyyə müfəttişi idi, Semka üç yaşında olanda vəfat etmişdir. Böyük bacısı Badema (1929-1969) müğənni (mezzo-soprano) peşəsində çalışmışdır.[6] Onun əri xorvat şahmatçısı Mario Bertok idi.

Zaqrebdə yerləşən Dram İncəsənəti Akademiyasını bitirdikdən sonra Branko Qavella adına Dram Teatrında işləyirdi. Zaqreb teatrındakı işindən əlavə, çoxsaylı film rollarında oynayırdı. Onun U mreži adlı debüt filmi 1956-cı ildə işıq üzünü gördü.[7] Bundan əlavə, 1967-ci il Kineski zid (Maks Frişin "Çin divarı" pyesinin uyğunlaşması) telefilmində rol almışdır. Ayrıca "Şüşə kuklaların qısa gecəsi" (1971, rejissor Aldo Lado) filmində epizodik rolda oynamışdır. Roko i Cicibela (1978, rejissor Stipe Deliç) telefilmində əsas qadın rolunu canlandırmışdır. Sokoloviç-Bertok eyni zamanda "Ustalar! Ustalar!" (1980, rejissor Qoran Markoviç) satirik filmində çəkilmişdir. Son filmi Traktor, ljubezen in Rock’n’Roll (2008, rejissor Branko Duriç) oldu.[8]

2008-ci ilin mart ayında Sokoloviçin oğlu Mario Bertock onun insultdan sonra daxili qanaxmadan öldüyünü elan etdi.[9] Miroqoy qəbirstanlığında dəfn olunmuşdur.[10]

İstinadlar

  1. 1 2 http://www.croatiapress.com/20080306-276.php.
  2. https://www.gradskagroblja.hr/trazilica-pokojnika/15.
  3. Who is who among Bosniacs. Council of the Congress of Bosniac Intelectuals, 2001. — P. 80
  4. "Umrla Semka Sokolović-Bertok" (Bosnian). 6 March 2008. 2018-01-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 August 2008.
  5. "Suze i smijeh za divu". Gloria. 17 March 2008. 4 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 January 2015.
  6. "Semka i Badema". Jutarnji. 11 March 2008. 2015-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 January 2015.
  7. "Preminula legendarna glumica Semka Sokolović-Bertok". Index. 6 March 2008. 4 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 January 2015.
  8. "Odlazak glumačke legende". Gloria. 6 March 2008. İstifadə tarixi: 10 January 2015.
  9. "Semka Sokolović-Bertok umrla od moždanog udara". 24 sata. 6 March 2008. 4 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 January 2015.
  10. Semka Sokolović-Bertok umrla od moždanog udara Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine // 24sata.hr

Ədəbiyyat

  • Bertok-Sokolović, Semka // Tko je tko u Hrvatskoj, 1993

Xarici keçidlər