Semka Sokoloviç-Bertok (bosn. Semka Sokolović-Bertok; 22 dekabr 1935, Sarayevo – 4 mart 2008[1], Zaqreb) — Yuqoslaviya və Bosniya aktrisası. 70-dən çox teatr, 50-dən çox film rollarında oynamışdır.[3] Gəncliyində perspektivli şahmatçı olmuşdur, Gənclər arasında Xorvatiya Şahmat Çempionatında 8 dəfə qalib gəlmişdir.[4]
Semka Sokoloviç-Bertok | |
---|---|
Doğum tarixi | 22 dekabr 1935 |
Doğum yeri | |
Vəfat tarixi | 4 mart 2008[1] (72 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | insult |
Dəfn yeri | |
Fəaliyyəti | aktrisa, şahmatçı, teatr aktrisası, kino aktrisası |
Semka Sokoloviç Bosniya və Herseqovinanın Sarayevo şəhərində bosniya ailəsində anadan olmuşdur. Anası Abida dərzi idi.[5] Atası Rasim maliyyə müfəttişi idi, Semka üç yaşında olanda vəfat etmişdir. Böyük bacısı Badema (1929-1969) müğənni (mezzo-soprano) peşəsində çalışmışdır.[6] Onun əri xorvat şahmatçısı Mario Bertok idi.
Zaqrebdə yerləşən Dram İncəsənəti Akademiyasını bitirdikdən sonra Branko Qavella adına Dram Teatrında işləyirdi. Zaqreb teatrındakı işindən əlavə, çoxsaylı film rollarında oynayırdı. Onun U mreži adlı debüt filmi 1956-cı ildə işıq üzünü gördü.[7] Bundan əlavə, 1967-ci il Kineski zid (Maks Frişin "Çin divarı" pyesinin uyğunlaşması) telefilmində rol almışdır. Ayrıca "Şüşə kuklaların qısa gecəsi" (1971, rejissor Aldo Lado) filmində epizodik rolda oynamışdır. Roko i Cicibela (1978, rejissor Stipe Deliç) telefilmində əsas qadın rolunu canlandırmışdır. Sokoloviç-Bertok eyni zamanda "Ustalar! Ustalar!" (1980, rejissor Qoran Markoviç) satirik filmində çəkilmişdir. Son filmi Traktor, ljubezen in Rock’n’Roll (2008, rejissor Branko Duriç) oldu.[8]
2008-ci ilin mart ayında Sokoloviçin oğlu Mario Bertock onun insultdan sonra daxili qanaxmadan öldüyünü elan etdi.[9] Miroqoy qəbirstanlığında dəfn olunmuşdur.[10]