Sencu yun fabriki

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Sencu yun fabriki
Ümumi məlumatlar
Növü yun fabriki[d]
Ölkə

Sencu yun fabriki (千住製絨所, Sencu seycuşo?)Yaponiyanın ilk yun fabriki.[1] Tokionun Sencu rayonunda yerləşirdi.[1]

Tarixi

Sencu yun fabriki Meyci hökuməti tərəfindən müasir sənayeni inkişaf etdirmək məqsədilə yaradılmış bir çox model fabrikdən biri idi.[1] Fabrik Almaniyadan gətirilmiş maşınlarla və alman texniklərlə yaradılmış, 1879-cu ildə fəaliyyət göstərməyə başlamışdır.[1] Fabrikin məqsədi özəl müəssisələr üçün model təşkil etmək, eləcə də, ordunun hərbi formalara və digər yun məmulatlarına olan təlabatını ödəmək idi.[1]

Fabrikin idarəçiliyi 1881-ci ildə Kənd Təsərrüfatı və Ticarət Nazirliyinə, 1888-ci ildə isə Ordu Nazirliyinə keçmişdir.[1] Digər dövlət müəssisələrindən fərqlənən cəhəti ölkəni tamamilə yeni sənaye sahəsi ilə tanış edən yeganə hökumət fabriki olması idi.[1] Özəl yun sənayesi sektoru pambıqəyirməipəksarımaya nəzərən ləng inkişaf etdiyi üçün Sencu yun fabriki bu sahədə əhəmiyyəti qoruya bilən yeganə müəssisə olmuşdur.[1] XX əsrə qədər Yaponiyada yun parçalar istehsal edən əsas fabrik olmuşdur.[1]

İncəsənətdə

Yasuci İnoenin "Tokionun 100 görünüşü" seriyasına (1881–1889) daxil olan şəkillərdən biri Sencu yun fabrikinə həsr olunmuşdur.[2]

İstinadlar

  1. 1 2 3 4 5 6 7 8 9 Kodansha Encyclopedia of Japan
  2. "Woolen Textile Factory at Senju". Edo Haku Archives (ingiliscə). 5 yanvar 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 yanvar 2023.

Ədəbiyyat