Sibos

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Sibos (ing. SibosSwift International Banking Operations Seminar) və ya SIBOSÜmumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyətinin (SWIFT) hər il təşkil etdiyi beynəlxalq sərgi-konfrans[1].

Bu ənənəvi tədbirin keçirilməsinə 1978-ci ildən başlanılmışdır. İlk konfrans Brüsseldə keçirilmişdir[2]. Hər il keçirilən bu sərgi-konfransa dünyanın iri bank və maliyyə qurumlarının nümayəndələri qatılırlar[1]. Müxtəlif ölkələrdən minlərlə nümayəndəni bir araya gətirən SIBOS sərgi-konfransı ümumdünya bank-maliyyə sektorunun əhəmiyyətli nailiyyətlərindən sayılır[1]. Sibos dünyanın maliyyə sektorundakı innovativ trendlərin izlənməsi, yeni bankçılıq təcrübə və texnologiyaları ilə tanışlıq, ən əsası isə işgüzar əlaqələrin qurulması baxımından çox mühüm platforma hesab edilir[1].

İstinadlar

  1. 1 2 3 4 Beynəlxalq Bank "SIBOS – 2018" beynəlxalq sərgisində iştirak edir Arxivləşdirilib 2021-01-20 at the Wayback Machine. qafqazinfo.az, 22.10.2018 (az.)
  2. About Sibos Arxivləşdirilib 2012-08-29 at the Wayback Machine Swift. Retrieved February 26, 2011

Xarici keçidlər