Sibos (ing. Sibos – Swift International Banking Operations Seminar) və ya SIBOS — Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyətinin (SWIFT) hər il təşkil etdiyi beynəlxalq sərgi-konfrans[1].
Bu ənənəvi tədbirin keçirilməsinə 1978-ci ildən başlanılmışdır. İlk konfrans Brüsseldə keçirilmişdir[2]. Hər il keçirilən bu sərgi-konfransa dünyanın iri bank və maliyyə qurumlarının nümayəndələri qatılırlar[1]. Müxtəlif ölkələrdən minlərlə nümayəndəni bir araya gətirən SIBOS sərgi-konfransı ümumdünya bank-maliyyə sektorunun əhəmiyyətli nailiyyətlərindən sayılır[1]. Sibos dünyanın maliyyə sektorundakı innovativ trendlərin izlənməsi, yeni bankçılıq təcrübə və texnologiyaları ilə tanışlıq, ən əsası isə işgüzar əlaqələrin qurulması baxımından çox mühüm platforma hesab edilir[1].