Sima Ağayeva

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Sima Ağayeva
Doğum tarixi 15 mart 1932(1932-03-15)
Doğum yeri
Vəfat tarixi 17 avqust 2020(2020-08-17) (88 yaşında)
Fəaliyyəti rəssam, müəllimə
Təhsili
Mükafatları "Azərbaycan Respublikasının əməkdar rəssamı" fəxri adı — 2006

Sima Abbas qızı Ağayeva (15 mart 1932, Axalsıx17 avqust 2020) — Azərbaycan rəssamı, dosent, Azərbaycan Respublikasının əməkdar rəssamı (2006)

Həyat və yaradıcılığı

Sima Ağayeva 15 mart 1932-ci ildə Gürcüstan SSR-in Ahalsıx şəhərində anadan olmuşdur. O, 1957-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1964-cü ildə isə Tbilisi Rəssamlıq Akademiyasının "Keramika" fakültəsini bitirmişdir. 1964-cü ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin "Rəsam, heykəltaraşlıq və boyakarlıq" kafedrasında dosent işləmişdir. 1967-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.[1]

Rəssam respublika və beynəlxalq sərgilərin dövrü mətbuatda işıqlandırılması sahəsində iştirak etmişdir.

Sima Ağayeva rəssam Müslüm Abbasovun həyat yoldaşıdır.

Mükafatları

İstinadlar

  1. Azərbaycan Dövlət Rəsm Qalereyası. Azərbaycan rəssamları haqqında qısa məlumat kitabçası. Bakı. 2017. səh. 102.
  2. "Azərbaycan rəssamlarına Azərbaycan Respublikasının fəxri adlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". e-qanun.az. 29 dekabr 2006. 20 fevral 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 fevral 2020.