Sima Abbas qızı Ağayeva (15 mart 1932, Axalsıx – 17 avqust 2020) — Azərbaycan rəssamı, dosent, Azərbaycan Respublikasının əməkdar rəssamı (2006)
Sima Ağayeva | |
---|---|
Sima Abbas qızı Ağayeva | |
Doğum tarixi | |
Doğum yeri | Ahalsıx, Gürcüstan SSR, ZSFSR, SSRİ |
Vəfat tarixi | 17 avqust 2020 (88 yaşında) |
Vətəndaşlığı |
SSRİ → Azərbaycan |
Fəaliyyəti | rəssam |
Təhsili |
Azərbaycan Dövlət Rəssamlıq Məktəbi, Tbilisi Rəssamlıq Akademiyası |
Mükafatları |
Sima Ağayeva 15 mart 1932-ci ildə Gürcüstan SSR-in Ahalsıx şəhərində anadan olmuşdur. O, 1957-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1964-cü ildə isə Tbilisi Rəssamlıq Akademiyasının "Keramika" fakültəsini bitirmişdir. 1964-cü ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin "Rəsam, heykəltaraşlıq və boyakarlıq" kafedrasında dosent işləmişdir. 1967-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.[1]
Rəssam respublika və beynəlxalq sərgilərin dövrü mətbuatda işıqlandırılması sahəsində iştirak etmişdir.
Sima Ağayeva rəssam Müslüm Abbasovun həyat yoldaşıdır.