Simonsi dovşanalması
Simonsi dovşanalması | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Yarımtriba: Cins: Növ: Simonsi dovşanalması |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Simonsi dovşanalması (lat. Cotoneaster simonsii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin dovşanalması cinsinə aid bitki növü.
Təbii yayılması
Orta Asiyada, Zaqafqaziyada və Krımda yayılıb.
Botaniki təsviri
Hündürlüyü 10 m-ə çatan, şarşəkilli çətir olan bitkidir. Gövdəsinin qabığı tünd-qonur və xüsusi qoxuya malik alçaqboy ağac, bəzən koldur. Yarpaqları yumru, üst səthi parlaq, açıq-yaşıl, alt səthi sarımtıl tüklüdür, uzunluğu 9 sm-dir. Çiçək tacı ağ, diametri 1,5 sm, uzunluğu 7,0 sm olan salxımlara yığılmışdır. Yetişmiş meyvələri qara rəngli, diametri 1 sm-ə yaxındır. Ağac 9 illiyində çiçəkləyir və meyvə verir.
Ekologiyası
Quraqlığa davamlı, işıqsevən bitkidir. Bu növ üçün nisbətən əhəngli torpaqlar yararlıdır.
Azərbaycanda yayılması
Böyük Qafqazda təbii halda rast gəlinir. Bakı Nəbatat bağında introduksiya edilib.
İstifadəsi
Sıxçətirli olduğuna, budanmanı yaxşı keçirdiyinə görə yaşıllıqlarda canlı hasarların salınması, tək və qrup əkinlərində istifadə edilə bilər.