Slem

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Slem yaxud Poetri slem (ing. Partlayış) — əyləncəli, müxtəlif şairlər tərəfindən ədəbiyyatın hər cür kateqoriyasına aid, dinləyici və eyni zamanda tamaşaçıları da onlara qərar haqqı tanıyaraq olan prosesin içinə qatan, stendap, tamaşa, monoloq, komediya və s. qarışığı bir aktdır.

İştirak

İştirakçılar Slemer adlanır. Hər iştirakçının 5 yaxud 7 dəqiqə vaxtı olur, bu vaxt ərzində öz yazmış olduğu və ədəbiyyatın istənilən kateqoriyasına aid olan yazısını oxuyur. Yazının özü tərəfindən yazılmış olması, yəni oğurlanmış olmaması, yazısını tamaşaçı ilə paylaşarkən iştirakçının hər hansı bir kostyum geyməmiş olması və başqa kömək vasitələrindən istifadə etməməsi və özünə verilən müddəti keçməməsi şərtdir. Hər bir çıxışdan sonra münsiflər heyəti səs verir və ilk dörd yerə çıxan slemer növbəti tədbirə qoşulmağa haqq qazanır. Hazırda slem İrlandiya, Nepal, Kanada, Almaniya, İsveç, Avstriya, İsrail, Ukrayna, Rusiya, İsveçrə, İspaniya, Meksika, Fransa, Azərbaycan və s. ölkələrdə keçirilir.

Xarici keçidlər