Soğan milçəyi

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Soğan milçəyi
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Ranqsız:
Ranqsız:
???:
Soğan milçəyi
Beynəlxalq elmi adı

Soğan milçəyi (lat. Delia antiqua) — buğumayaqlılar tipinin ikiqanadlılar dəstəsinin çiçək milçəkləri və ya gülçülər fəsiləsinə aid olan növ.

Xarici quruluşu

Rəngi bozdur, kürəyində yaşıl ləkə vardır. Uzunluğu 5–7mm-dir. Yumurtası uzunsovdur, 1–1.1 mm-dir. Sürfəsi ayaqsızdır, ağ rənglidir, başı yoxdur, onu bir cüt kəlbətinvari çənə əvəz edir. Uzunluğu 10 mm-ə çatır.[2]

Həyat tərzi

Qışlamadan çıxan dişi fərdlərin cinsiyyət məhsulları əksər hallarda hzır olur. Buna görədə az müddətdən sonra yumurta qoymağa başlayır. Yumurta topa halında, bir cərgədə qoyulur. Rüşeymin inkişafı 3–5 gün çəkir, sürfələr çıxır. Bir soğanın içərisində bir neçə sürfə olur. sürfənin inkişafı 15–20 günə başa çatır. Bu müddət ərzində 3 dəfə qabıq dəyişir. Soğan milçəyinin bir ildə 2–3 nəsil verir.[3]

Yayılması

Şimali Amerika, Şərqi Avropa, Rusiya, Mərkəzi Asiya, Çin, YaponiyaKoreyada yayılıb. Azərbaycanın bütün rayonlarında geniş yayılaraq soğan, bəzi hallarda isə sarımsağa zərər vurur.

İstinadlar

  1. Integrated Taxonomic Information System (ing.). 1996.
  2. S.R. Məmmədova, B.B. Xəlilov. Kənd təsərrüfatı entomologiyası. Bakı: 1986
  3. N.H. Səmədov taxıl böcəkləri və onlarla mübarizə tədbirləri. Bakı: 1964

Ədəbiyyat

  • S.R. Məmmədova, B.B. Xəlilov. Kənd təsərrüfatı entomologiyası. Bakı: 1986
  • N.H. Səmədov taxıl böcəkləri və onlarla mübarizə tədbirləri. Bakı: 1964
  • Azərbaycan heyvanlar aləmi. II-Buğumayaqlılar. Bakı, Elm, 2004, −388 səh.

Xarici keçidlər

Həmçinin bax