Soğan milçəyi (lat. Delia antiqua) — buğumayaqlılar tipinin ikiqanadlılar dəstəsinin çiçək milçəkləri və ya gülçülər fəsiləsinə aid olan növ.
Soğan milçəyi | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Ranqsız: Tipüstü: Ranqsız: Ranqsız: Tip: ???: Soğan milçəyi |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Rəngi bozdur, kürəyində yaşıl ləkə vardır. Uzunluğu 5–7mm-dir. Yumurtası uzunsovdur, 1–1.1 mm-dir. Sürfəsi ayaqsızdır, ağ rənglidir, başı yoxdur, onu bir cüt kəlbətinvari çənə əvəz edir. Uzunluğu 10 mm-ə çatır.[2]
Qışlamadan çıxan dişi fərdlərin cinsiyyət məhsulları əksər hallarda hzır olur. Buna görədə az müddətdən sonra yumurta qoymağa başlayır. Yumurta topa halında, bir cərgədə qoyulur. Rüşeymin inkişafı 3–5 gün çəkir, sürfələr çıxır. Bir soğanın içərisində bir neçə sürfə olur. sürfənin inkişafı 15–20 günə başa çatır. Bu müddət ərzində 3 dəfə qabıq dəyişir. Soğan milçəyinin bir ildə 2–3 nəsil verir.[3]
Şimali Amerika, Şərqi Avropa, Rusiya, Mərkəzi Asiya, Çin, Yaponiya və Koreyada yayılıb. Azərbaycanın bütün rayonlarında geniş yayılaraq soğan, bəzi hallarda isə sarımsağa zərər vurur.