Sona Tağıyeva

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Sona Tağıyeva
Şəxsi məlumatlar
Doğum tarixi 3 yanvar 1916(1916-01-03)
Doğum yeri
Vəfat tarixi 3 aprel 2004(2004-04-03) (88 yaşında)

Təltifləri "Şöhrət" ordeni"Lenin" ordeni"Qırmızı əmək bayrağı" ordeni"Qırmızı əmək bayrağı" ordeni "Oktyabr inqilabı" ordeni

Sona Hənifə qızı Tağıyeva (3 yanvar 1916, Bakı3 aprel 2004) — Azərbaycanın "Əməkdar müəllimi" (1960), "Lenin ordeni", "Oktyabr İnqilabı", "Qırmızı əmək bayrağı" ordeni, Azərbaycanın "Şöhrət" ordeni (1995) laureatı.

Həyatı

Sona Tağıyeva 1916-cı il yanvarın 3-də Bakı şəhərində anadan olmuşdur.[1] O, yeddiillik məktəbi bitirdikdən sonra əmək fəaliyyətinə başlamış, təhsilini fəhlə-gənclər məktəbinin axşam şöbəsində davam etdirmişdir. 1935-ci ildə Azərbaycan Sənaye İnstitutunun hazırlıq şöbəsinə daxil olan Sona Tağıyeva daha sonra Azərbaycan Dövlət Universitetində təhsil almışdır. 1940-cı ildə ali təhsilini başa vuran və pedaqoji fəaliyyətə başlayan Sona xanım müəllim, dərs hissə müdiri olmuş, 1942–1945-ci illərdə isə rayon xalq maarifi şöbəsinin müdiri işləmişdir. Sona Tağıyeva 1945-ci ildə Bakıdakı 190 nömrəli məktəbin direktoru təyin edilmiş, nümunəvi təhsil ocağına çevirdiyi bu müəssisədə ömrünün axırına qədər çalışmışdır.

O, 1960-cı ildə respublikanın əməkdar müəllimi adına layiq görülmüş, bir sıra orden və medallarla, müstəqil Azərbaycan Respublikasının "Şöhrət" ordeni ilə təltif edilmişdir.[2] 2002-ci ildən prezident təqaüdçüsü olub.[3]

İstinadlar

  1. "Arxivlənmiş surət". 2016-08-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-08-31.
  2. Sona Tağıyevanın "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI[ölü keçid]
  3. "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). e-qanun.az. 07.09.2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 05.10.2023.

Xarici keçidlər

  1. | Ziyad Səmədzadə İLAHİ MƏHƏBBƏT SAHİBİ [ölü keçid]
  2. Sona Tağıyevanın məktəbi