Soviç yovşanı

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Soviç yovşanı
Elmi təsnifat
Beynəlxalq elmi adı

Şovits yovşanı (lat. Artemisia szowitziana) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü.

Təbii yayılması

Qafqazda, Orta Asiyada çay kənarlarında, səhralarda, meşələrdə təbii halda bitir.

Botaniki təsviri

Gövdəsi 50–60 sm və ya daha hündürdür. Aşağı yarpaqları müəyyən hissəsi üçər lələkvari parçalanan, bəziləri lələkvari, digərləri isə ikiqat lələkvari parçalanandır. Çiçəklər barverəndir. Örtük yarpaqlar 3–7 ədəd üst-üstə oturan sərt yarpaqlardan təşkil olunmuşdur. Qıraq yarpaqlar bir qədər orta yarpaqlardan kiçikdirlər. Hamaş çiçəyi eyni olub, budaqları əyilən, piramidavari, süpürgəlidir. Aşağı yarpaqları çox vaxt 10 sm uzunluğunda, uc payları xətvari 5–10 sm uzunluğunda, yastıdırlar. Çiçək qrupu süpürgəvaridir. Səbətcikləri dar silindrik, aşağı yarpaqlar 3–4 sm uzunluğundadır. Sentyabr-oktyabr aylarında çiçəkləyir, noyabrda meyvə verir.

Ekologiyası

Çay kənarlarında, quru dərələrdə, duzlu torpaqlarda bitir. Quraqlığa, istiyə davamlıdır.

Azərbaycanda yayılması

Abşeronda, Kür-Araz ovalığında təbii halda yayılmışdır.

İstifadəsi

Tərkibində efir yağı vardır ki, ondan ətriyyatda və dərman vasitəsi kimi istifadəsi məqsədyönlüdür.

İstinadlar

  1. The Plant List (ing.). 2010.

Həmçinin bax