Tükcüklü itburnu

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Tükcüklü itburnu
Elmi təsnifat
Beynəlxalq elmi adı
  • Rosa tomentosa Sm.

Tükcüklü itburnu (lat. Rosa tomentosa) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü.

Təbii yayılması

Avropada, Qafqazda, Kiçik Asiyada yayılmışdır.

Botaniki təsviri

Hündürlüyü 2 m olan iynəli koldur. Budaqları uzun, düz və ya bir az qövsvari əyilmiş, çiçək saplaqları göy çöküntülü, tikansızdır. Yalançı zoğların uzunluğu 1,2 sm-dək və eni 0,6 sm, hər tərəfdən tükcüklü, kənarları vəziciklidir. Yarpaqları cüt olmayan lələkvari, tünd yaşıl, çox tükcüklü, uzunluğu 7-9 sm-dir. Xırda yarpalqarı 5-7 ədəd, uzunluğu 2-4 sm, uzunsov-ovaldan ellipsvari və yumurtavariyədək, ucu biz bəzən küt, kənarları cüt vəzicikli-dişlidir. Saplaqları tükcüklü, vəziciklidir. İynələri təxminən eyni, çox vaxt düz, bünövrəsində enlidir. İyun-iyulda çiçəkləyir. Çiçəklərin diametri 4 sm-dək, rəngi açıq çəhrayıdan ağadək dəyişilir, qalxanlarda 2-5 ədəd yığılmış, bəzən tək, sadə, ətirlidir. Çiçək saplaqları qısa vəziçiklidir. Ləçəkləri əks-yumurtavaridir. Kasa yarpaqlarının uzunluğu 2,5 sm-dək, lələkvari tüklü, sıx vəzicikli, çiçəklədikdən sonra aşağıya əyilmişdir, tam yetişmiş meyvələri tökülür. Meyvələri yumru, diametri 1-2 sm, qırmızı rənglidir.

Ekologiyası

-230C-dək şaxtaya davamlıdır.

Azərbaycanda yayılması

1820-ci ildən becərilir. Böyük Qafqaz, Kür-Araz ovalığında, Talış və Naxçıvan MR –da təbii halda rast gəlinir.

İstifadəsi

Tək və qrup əkinlərində istifadəsi məqsədyönlüdür. Müxtəlif şirələrin hazırlanmasında istifadə olunur.

İstinadlar

Həmçinin bax