Tükcüklü tıs-tıs

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Tükcüklü tıs-tıs
Elmi təsnifat
Beynəlxalq elmi adı

Tükcüklü tıs-tıs (lat. Acantholimon puberulum) — plumbaqokimilər fəsiləsinin tıs-tıs cinsinə aid bitki növü.

Təbii yayılması

Qafqaz, Cənub Qərbi Asiya, Türkiyədə təbii yayılmışdır. Türkiyə ərazisində təsvir olunmuşdur.

Botaniki təsviri

Yaşıl yarpaqları qısa budaqlıdır. Yarpaqları demək olar ki, oturaq, məxməri tükcüklüdür. Aşağı yarpaqları yastı, qalanları isə az və ya çox dərəcədə nazik və çılpaq olub, bizvaridir. Oxları tükcüklü olub, qısa, nadir hallarda uzunluğu yarpaqların uzunluğuna bərabərdir. Sünbülü qısa olub, 3-5 sünbülcükdən ibarətdir. Çiçəkaltlıqları bütünlüklə və ya əsasən otvaridir. Yuxarı hissədə onlar tədricən uzanır. Kasacığın borucuğu azca tükcüklü olub, büküyü demək olar ki, ağdır və tünd qırmızı damarcıqlıdır.

Ekologiyası

Kserofit bitkidir, daşlı-qayalı və quru yamaclarda bitir. Torpağa tələbkar olmayan, işıqsevən, quraqlığa, istiyə dözümlü, həmçinin şaxtayadavamlı bitkilərdir. İran-Turan coğrafi elementinə daxildir.

Azərbaycanda yayılması

Naxçıvan MR-nın Şərur rayonu Yengicə kəndi ətrafında və Sədərək rayonu ərazisində geniş yayılmışdır.

İstifadəsi

Yastıqvari formasına, parlaq, çəhrayı rəngdə olmasına görə dekorativ bitkilər kimi xüsusi əhəmiyyət kəsb edir.

Ədəbiyyat

  • Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. Azərbaycanın nadir ağac və kol bitkiləri. Bakı: Elm, 2014, 380 səh.