Tükcüklü tıs-tıs (lat. Acantholimon puberulum) — plumbaqokimilər fəsiləsinin tıs-tıs cinsinə aid bitki növü.
Tükcüklü tıs-tıs | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Cins: ???: Tükcüklü tıs-tıs |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
Qafqaz, Cənub Qərbi Asiya, Türkiyədə təbii yayılmışdır. Türkiyə ərazisində təsvir olunmuşdur.
Yaşıl yarpaqları qısa budaqlıdır. Yarpaqları demək olar ki, oturaq, məxməri tükcüklüdür. Aşağı yarpaqları yastı, qalanları isə az və ya çox dərəcədə nazik və çılpaq olub, bizvaridir. Oxları tükcüklü olub, qısa, nadir hallarda uzunluğu yarpaqların uzunluğuna bərabərdir. Sünbülü qısa olub, 3-5 sünbülcükdən ibarətdir. Çiçəkaltlıqları bütünlüklə və ya əsasən otvaridir. Yuxarı hissədə onlar tədricən uzanır. Kasacığın borucuğu azca tükcüklü olub, büküyü demək olar ki, ağdır və tünd qırmızı damarcıqlıdır.
Kserofit bitkidir, daşlı-qayalı və quru yamaclarda bitir. Torpağa tələbkar olmayan, işıqsevən, quraqlığa, istiyə dözümlü, həmçinin şaxtayadavamlı bitkilərdir. İran-Turan coğrafi elementinə daxildir.
Naxçıvan MR-nın Şərur rayonu Yengicə kəndi ətrafında və Sədərək rayonu ərazisində geniş yayılmışdır.
Yastıqvari formasına, parlaq, çəhrayı rəngdə olmasına görə dekorativ bitkilər kimi xüsusi əhəmiyyət kəsb edir.