Tüp-Tərxan yarımadası

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Tüp-Tərxan yarımadası
Yerləşməsi
45°50′ şm. e. 34°38′ ş. u.
Akvatoriya Azov dənizi
Ölkə  Ukrayna
Tüp-Tərxan yarımadası xəritədə
Tüp-Tərxan yarımadası
Tüp-Tərxan yarımadası

Tüp-Tərxan (ukr. Тюп-Тархан, krımtat. Tüp Tarhan, Тюп Тархан) — Krımın şimal-şərqində yerləşən yarımada. İnzibati cəhətdən Krım Muxtar Respublikasının Canköy rayonu ərazisinə daxildir.

Coğrafiyası

Yarımadanın səthi hamardır. Sivaş körfəzinin suları ilə yuyulur. Sahillərində şoranlıq vardır. Ən hündür nöqtəsi 8,2 metrdir. Sahil xəttində dərinlik 0,4 metr, şimal-şərqində isə 0,1 metrdir. Sahilləri düzəndir. Bununla belə Cankoyski rayonu ərazisində isə sıldırımlıdır. Burada şimal, cənub-qərbdə hündürlük 3-4 m, cənubda isə hündürlük 4 metrdir. Şimal-şərqində dayazlıq vardır. Yarımadaya yalnız bir yol gedir. Bərk örtüklüyə sahibdir. Çaykinə qədər asfalt, sonrakı yol isə çınqıldır. Yarımada daxilində isə torpaq yollar vardır.

Əhalisi

Yarımada ərazisində iki yaşayış məntəqəsi vardır: Çaykin və Mısovoe.

Təbiəti

Yarımada bir çox quşların yuvalama ərazisidir: qağayı, qarabattaq, ördək[1].


İstinadlar

  1. "Полуостров Тюп Тархан - Птичий рай :: Геокэшинг ::". 2013-04-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-04-02.