Sivaş körfəzi və ya Çürük dəniz (ukr. Сиваш, Гниле Море, krımtat. Sıvaş, Çürük Deñiz, Сываш, Чюрюк Денъиз) — körfəz Azov dənizinin qərbində yerləşir. Krım yarımadasını materikdən ayırır. Buradan Krım Muxtar Respublikasını Xerson vilayətindən ayırır. Sivaş sözü krımtatar dilindən tərcümədə (krımtat. sıvaş, сываш) "kir" mənasını verir.
Sivaş körfəzi | |
---|---|
ukr. Сиваш, krımtat. Sıvaş, Сываш | |
Ümumi məlumatlar | |
Tip | Körfəz |
Sahəsi | 2560 km² |
Dərin yeri | 3 m |
Orta dərinliyi | 1 m |
Tökülən çay | Sagir çayı |
Yerləşməsi | |
46°07′38″ şm. e. 34°22′38″ ş. u.HGYO | |
Ölkə | Ukrayna |
Akvatoriyası | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Azov dənizindən körfəzi Arabat əqrəbi ayırır. Dəniz ilə isə ensiz Qeniçeski və Romoima boğazları ilə ayrılır. Qara dənizdən Perekop bərzəxi ilə ayrılır. Ensiz Çonqar boğazı Sivaş körfəzini şərqi və qərbi olmaqla iki yerə bölür.
Sivaş körfəzinin sahəsi 2560 km² təşkil edir. Maksimal dərinliyi 3 metr, orta dərinlik 1 metr təşkil edir. Bəzi hissələrdə dərinlik hətta 0,50 metrə çatır. Yay ayları suyu çürük qoxusu verir. Bu səbəbdən Çürük dəniz adlandırılmışdır. Güçlü buxarlanma səbəbindən güçlü şəkildə minerallaşmaya məruz qalmışdır. 11 düzlu və olduqca duzlu körfəzlərdən ibarətdir.
Uzunluğu 200 km. Eni — 2–35 km.
Su hövzəsinin sahəsi 2500 km², adalarının sahəsi isə 560 km² təşkil edir.
Azov dənizinin suları ilə qidalanır.
Sahilləri olduqca dayazdır. Hətta yayda ərazini duzlaq basır.
Sivaş körfəzinin dibi 5 metr dərinliyində lillə örtülmüşdür. Duzluluq şimalda 22 ‰, cənubda isə 87 ‰ təşkil edir. Suyunun tərkibi: xlorid, kaliyum, maqnezium, brom, sulfat duzları.
Sivaş körfəzinin duz ehtiyatı 200 mln t-dur[1] Sivaş körfəzinin sahilində yerləşən zavodlar: Perekop brom zavodu, Krım titanı, Krım soda zavodu.