Türkiyə Super Liqasının rekordları

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Türkiyə Super Liqasında bu günə qədər baş verən qəribə oyunlar, ilklər və rekordlar.

İlklər

İlk qol

  • Super Liqadakı ilk qol 21 fevral 1959-cu ildə İzmirsporlu Özcan Altuğ tərəfindən vurulmuşdur. Eyni zamanda ilk qol Beykoz qapıçısı Sıtkı tərəfindən tutulmamışdır. İlk qol qərarını Osman Yeşeren vermişdir. (İzmirspor 2-1 Beykoz)

İlk penalti qolu

  • Türkiyə Birinci Futbol Liqasında ilk penalti qolu 15 mart 1959-cu ildə Fənərbaxçalı oyunçu Lefter Küçükandonyadis tərəfindən vurulmuşdur.

İlk çempion

İlk penalti və ilk vurula bilməyən penalti

  • Türkiyə Birinci Futbol Liqasında ilk penalti vura bilməyən futbolçu Fatih Karagümrüklü Kadri Aytaçdıır. Aytaç topu Vefa Sk-ın qapıçısı Baskına nişanlamışdır. Baskın da bu liqada ilk penalti qurtaran qapıçıdır.

İlk xalın silinməsi

  • Türkiyə Birinci Futbol Liqasında ilk xalın silinməsi hadisəsi 1980-81 mövsümündə Beşiktaş PFK qarşısında sahədən geri çəkilərək məğlub sayılan, ayrıca iki xalı da silinən Mersin İdman Yurdu liqa tarixində xalı silinən ilk komandadır.

İlk bombardir

  • Türkiyə Birinci Futbol Liqasında ilk bombardir 1959-cu il mövsümündə 11 qol atan Metin Oktaydır. Eyni zamanda Metin Oktay bu qol sayı ilə ən az qol atan bombardir adına sahibdir.

İlk əcnəbi bombardir

  • Türkiyə Birinci Futbol Liqasında ilk əcnəbi bombardir Tarık Hodziçdir. Tarık Hodziç 1983-1984 mövsümündə Qalatasaray forması ilə atdığı 16 qolla bu ünvanın sahibi olmuşdur.

Ən çox qol atılan maçlar

Super Liqa tarixində 10 və ya daha çox qolun atıldığı matçlar:

Mövsüm Tarix Maç Nəticə
1967-68 4 May 1968 Göztepe-Feriköy
9-1
1983-84 11 dekabr 1983 Qalatasaray-Adana Demirspor
9-2
1986-87 10 May 1987 Əskişəhərspor-Antalyaspor
7-3
1986-87 7 İyun 1987 Malatyaspor-Rizəspor
7-4
1988-89 17 Sentyabr 1988 Qalatasaray-Adana Demirspor
8-3
1989-90 15 Oktyabr 1989 Beşiktaş-Adana Demirspor
10-0
1991-92 16 May 1992 Fənərbaxça-Qaziantepspor
8-4
1994-95 8 Oktyabr 1994 Samsunspor-Petrol Ofisi
8-2
1994-95 24 Mart 1995 Altay-Beşiktaş
2-8
1994-95 21 May 1995 Zeytinburnu-Qalatasaray
3-7
1997-98 12 Aprel 1998 Kayserispor-Trabzonspor
5-6
2002-03 2 Mart 2003 Beşiktaş-Göztepe
7-3
2004-05 5 dekabr 2004 Qaziantepspor-Akçaabat Sebatspor
6-4