Türkiyə Super Liqasının rekordları

Türkiyə Super Liqasında bu günə qədər baş verən qəribə oyunlar, ilklər və rekordlar.

İlklər[redaktə | mənbəni redaktə et]

İlk qol[redaktə | mənbəni redaktə et]

  • Super Liqadakı ilk qol 21 fevral 1959-cu ildə İzmirsporlu Özcan Altuğ tərəfindən vurulmuşdur. Eyni zamanda ilk qol Beykoz qapıçısı Sıtkı tərəfindən tutulmamışdır. İlk qol qərarını Osman Yeşeren vermişdir. (İzmirspor 2-1 Beykoz)

İlk penalti qolu[redaktə | mənbəni redaktə et]

  • Türkiyə Birinci Futbol Liqasında ilk penalti qolu 15 mart 1959-cu ildə Fənərbaxçalı oyunçu Lefter Küçükandonyadis tərəfindən vurulmuşdur.

İlk çempion[redaktə | mənbəni redaktə et]

İlk penalti və ilk vurula bilməyən penalti[redaktə | mənbəni redaktə et]

  • Türkiyə Birinci Futbol Liqasında ilk penalti vura bilməyən futbolçu Fatih Karagümrüklü Kadri Aytaçdıır. Aytaç topu Vefa Sk-ın qapıçısı Baskına nişanlamışdır. Baskın da bu liqada ilk penalti qurtaran qapıçıdır.

İlk xalın silinməsi[redaktə | mənbəni redaktə et]

  • Türkiyə Birinci Futbol Liqasında ilk xalın silinməsi hadisəsi 1980-81 mövsümündə Beşiktaş PFK qarşısında sahədən geri çəkilərək məğlub sayılan, ayrıca iki xalı da silinən Mersin İdman Yurdu liqa tarixində xalı silinən ilk komandadır.

İlk bombardir[redaktə | mənbəni redaktə et]

  • Türkiyə Birinci Futbol Liqasında ilk bombardir 1959-cu il mövsümündə 11 qol atan Metin Oktaydır. Eyni zamanda Metin Oktay bu qol sayı ilə ən az qol atan bombardir adına sahibdir.

İlk əcnəbi bombardir[redaktə | mənbəni redaktə et]

  • Türkiyə Birinci Futbol Liqasında ilk əcnəbi bombardir Tarık Hodziçdir. Tarık Hodziç 1983-1984 mövsümündə Qalatasaray forması ilə atdığı 16 qolla bu ünvanın sahibi olmuşdur.

Ən çox qol atılan maçlar[redaktə | mənbəni redaktə et]

Super Liqa tarixində 10 və ya daha çox qolun atıldığı matçlar:

Mövsüm Tarix Maç Nəticə
1967-68 4 May 1968 Göztepe-Feriköy
9-1
1983-84 11 dekabr 1983 Qalatasaray-Adana Demirspor
9-2
1986-87 10 May 1987 Əskişəhərspor-Antalyaspor
7-3
1986-87 7 İyun 1987 Malatyaspor-Rizəspor
7-4
1988-89 17 Sentyabr 1988 Qalatasaray-Adana Demirspor
8-3
1989-90 15 Oktyabr 1989 Beşiktaş-Adana Demirspor
10-0
1991-92 16 May 1992 Fənərbaxça-Qaziantepspor
8-4
1994-95 8 Oktyabr 1994 Samsunspor-Petrol Ofisi
8-2
1994-95 24 Mart 1995 Altay-Beşiktaş
2-8
1994-95 21 May 1995 Zeytinburnu-Qalatasaray
3-7
1997-98 12 Aprel 1998 Kayserispor-Trabzonspor
5-6
2002-03 2 Mart 2003 Beşiktaş-Göztepe
7-3
2004-05 5 dekabr 2004 Qaziantepspor-Akçaabat Sebatspor
6-4