Tərəvəzli ayran

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Tərəvəzli ayranAzərbaycanda qida qəbulundan(əsasən nahar və şam yeməyindən) sonra, isti günlərdə, eləcə də toy və ziyafət məclislərində, qonaq qəbul edildikdə və başqa şadyanalıqda içilir.


Bu içki əsasən iki üsulla hazırlanır.

Bu içkidən 1 litr hazırlamaq üçün aşağıdakı ərzaqlar lazımdır.

Birinci üsul

  • Tərkibi

Ayran – 900 ml (və ya qatıq – 500 ml, su – 400 ml), orta irilikə xiyar- 1 ədəd, şüyüd – 4-5 qənəd, duz – 1 çay qaşığı.

  • Hazırlanma qaydası

Xiyar yuyulub qabığı ilə birlikdə xırda gözcüklü sürtkəcdən keçirilir, şüyüd xırda doğranılır və ayran əlavə edilir, soyudulur, piyalələrdə və ya iri çay stəkanlarında süfrəyə verilir.

İkinci üsul

  • Tərkibi

Ayran – 700 ml ( və ya qatıq – 400 ml, su – 300ml), pomidor – 500 q, (və ya pomidor şirəsi – 300 ml, şüyüd – 3-4 qanad, duz – 1 çay qaşığı.

  • Hazırlanma qaydası

Pomidor sürtkəcdən keçirilir, 70-80 C-yə qədər qızdırılır və xırda gözcüklü ələkdən keçirilir. Alınmış şirə soyudulur, ayrana qatılır, üzərinə xırda doğranmış şüyüd və duz əlavə edilib yaxşıca qarışdırılır. Soyudulduqdan sonra süfrəyə verilir.