Tərəvəzli ayran – Azərbaycanda qida qəbulundan(əsasən nahar və şam yeməyindən) sonra, isti günlərdə, eləcə də toy və ziyafət məclislərində, qonaq qəbul edildikdə və başqa şadyanalıqda içilir.
Bu içki əsasən iki üsulla hazırlanır.
Bu içkidən 1 litr hazırlamaq üçün aşağıdakı ərzaqlar lazımdır.
Ayran – 900 ml (və ya qatıq – 500 ml, su – 400 ml), orta irilikə xiyar- 1 ədəd, şüyüd – 4-5 qənəd, duz – 1 çay qaşığı.
Xiyar yuyulub qabığı ilə birlikdə xırda gözcüklü sürtkəcdən keçirilir, şüyüd xırda doğranılır və ayran əlavə edilir, soyudulur, piyalələrdə və ya iri çay stəkanlarında süfrəyə verilir.
Ayran – 700 ml ( və ya qatıq – 400 ml, su – 300ml), pomidor – 500 q, (və ya pomidor şirəsi – 300 ml, şüyüd – 3-4 qanad, duz – 1 çay qaşığı.
Pomidor sürtkəcdən keçirilir, 70-80 C-yə qədər qızdırılır və xırda gözcüklü ələkdən keçirilir. Alınmış şirə soyudulur, ayrana qatılır, üzərinə xırda doğranmış şüyüd və duz əlavə edilib yaxşıca qarışdırılır. Soyudulduqdan sonra süfrəyə verilir.