Ayran

Ayran, dalle, dyu, cariyə, leben, avamast, çıqılmast, məstav, şəninə və ya xınoqalaOrta Asiya, Qərbi Asiya, Cənub-Şərqi Avropa, Cənubi Asiya, Şimali AsiyaŞərqi Avropada yayılmış soyuq qatıq əsaslı içki. Əsas maddələr qatıq, suduzdur.[1][2][3][4] İstəyə görə nanə kimi bitkilər əlavə edilə bilər. Bəzi növlər karbonatlıdır.

Ayran
Mənşəsi
Yaradıldığı il e. ə. V minillik
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

"Ayran"[5][6] sözü Mahmud Kaşğarinin XI əsrə aid "Divanü Lüğat-it-Türk" əsərində çəkilir. Buna baxmayaraq, o, bu əsərdə ayranın necə hazırlanması haqqında məlumat verməmişdir.[7] Sözün kökü qədim türkcə "adır-" (hərf.ayırmaq) kökündən yaranmışdır.[8]

Ayran Orta Asiyada inkişaf etmiş və tarixən türk tayfaları tərəfindən istehlak edilmişdir.[9] Nevin Halıcının dediyinə görə, ayran Orta Asiyada türklər tərəfindən istifadə olunurdu.[10] "Divanü Lüğat-it-Türk" əsərində ayranı“süddən hazırlanan içki” kimi tərif edilmişdir.[7]

İranda istehlak edilən duğ (دوغ) kimi oxşar içkilər başqa yerlərdə də mövcuddur. Fermentləşdirilmiş içki olan duğ tarixən İranda istehlak edilmişdir.[11][12][13] 1886-cı ilə aid bir mənbədə bunu kəsilmiş süd və nanə ilə ədviyyatlı sudan ibarət soyuq içki kimi təsvir etmişdir.[14] Onun adı fars dilində "süd sağmaq" mənasını daşıyan "duşidan" sözündən törəmişdir.[15]

Türkiyə milli içkisi statusu

[redaktə | mənbəni redaktə et]

Türkiyə siyasətçisi, prezident və baş nazir postlarını tutmuş Rəcəb Tayyib Ərdoğan ayranı milli içki kimi təbliğ etmişdir. 2013-cü ildə İstanbulda keçirilən Ümumdünya Səhiyyə Təşkilatının Qlobal Alkoqol Siyasəti Konfransında çıxış edən Ərdoğan,Türkiyəyə yeni bir giriş olduğunu iddia etdiyi pivəni ayranla müqayisə etmişdir.[16]

Buna baxmayaraq, Türkiyədə ayran satışı digər alkoqolsuz içkilərdən geri qalır. Alkoqolsuz İçki İstehsalçıları Dərnəyi, Qazlı Su İstehsalçıları Dərnəyi və Türkiyə Süd İstehsalçıları və İxracatçıları Birliyinin 2015-ci il birgə bəyanatına görə, Ramazan ayında ayran istehlakı 2010–2015-ci illər ərzində hər il azalmışdır.[17]

2015-ci ildə reper Cezanın mahnı oxuduğu buzlu çay reklamlarından birində ayranın "onu yuxulu etdiyini" bildirmiş, buna görə də ayranın "səbəbsiz olaraq təhqir edildiyi" əsasıyla Türkiyənin Gömrük və Ticarət Nazirliyi dövlətə məxsus "Çaykur" istehsalçılarına 220,000 TL (təxminən 70,000 ABŞ dolları) cərimə kəsmişdi. Nazirlik "Çaykur"un rəqabət aparan buzlu çay məhsulunun reklamını dayandırmışdır.[18]

Hələ qədimdən yerli üsulla qatıqdan kərə yağı aldıqda, qatığın və xamanın nehrədə çalxalanmasından əldə edilən südəbənzər turşməzə maye, ayran adı ilə sərinləşdirici içki kimi istifadə edilmişdir. Tərkibində az miqdarada yağ, zülalal və 0,7–0,8%- dək süd turşusu olur. Həzm orqanlarının fəaliyyətini yaxşılaşdırır, dovğakələkoş bişirmək, doğramac hazırlamaq, şor almaq və s. məqsədlər üçün istifadə edilir. Hazırda ayranı sənayedə xüsusi texnologiya ilə istehsal edirlər. O, 5 lt. tutumlu paketlərdə satışa buraxılır. İlin isti vaxtlarında susuzluğu daha tez yatırdır. Ev şəratində ayranı qatıqdan və ya süzmədən hazırlamaq mümkündür.[19]

Qatıq və ya süzməni üzərinə az-az su əlavə edilir. Əlavə edildikcə intensiv qarışdırılır. Məhlul orta qatılıqda olmalıdır. Zövqə görə duz əlavə edilir. Soyuq halda içilir. Süfrəyə verilməzdən əvvəl qarışdırmaq mütləqdir. Zövqdən asılı olaraq üzərinə quru nanə və ya xırda doğranmış şüyüd əlavə edilə bilər.[19]

  1. Tamime, A. Y., redaktorFermented Milks. John Wiley & Sons. 2008. 124. ISBN 9781405172387. 2017-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-12-04.
  2. Jacobson, Sarina; Weiner, Danya. Yogurt: More Than 70 Delicious & Healthy Recipes. Sterling. 2008. səh. 6. ISBN 978-1402747595.
  3. Strnadel, Leslie; Erdley, Patrick. Bulgaria. Other Places Travel Guide. Other Places Publishing. 2012. 58. ISBN 9780982261996. 2016-12-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-12-04.
  4. Nazif Shahrani, M. The Kirghiz and Wakhi of Afghanistan. University of Washington Press. 2013. 92–93. ISBN 9780295803784. 2019-12-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-12-04.
  5. Martine Robbeets; Alexander Savelyev. Language Dispersal Beyond Farming. John Benjamins Publishing Company. 2017. səh. 145. ISBN 9789027212559.
  6. Zhazira Otyzbay. "Türk Dünyası Araştırmaları" (türk). 123 (242). September–October 2019: 219–232.
  7. 1 2 Reşat Genç. Kaşgarlı Mahmud'a göre XI. yüzyılda Türk dünyası (türk). Türk Kültürünü Araştırma Enstitüsü. 1997. səh. 248.
  8. Maksudovna, Matkarimova Sadokat. "Explanatory Dictionary of Khorezm Dishes.[ölü keçid]" Electronic Research Journal of Social Sciences and Humanities 2 (2020): 247–252
  9. Cooking through History: A Worldwide Encyclopedia of Food with Menus and Recipes, ABC-CLIO, 2020, səh. 23, ISBN 9781610694568, ayran was a nonalcoholic drink of yogurt and water developed among early Turkic tribes at an unrecorded date
  10. Halici, Nevin. "Turkish Delights". Gastronomica: The Journal of Critical Food Studies. University of California Press. 1 (1). 27 April 2013: 92–93. doi:10.1525/gfc.2001.1.1.92.
  11. Nishinari, Katsuyoshi. Textural Characteristics of World Foods (ingilis). John Wiley & Sons. 2019-12-31. ISBN 978-1-119-43079-7. 2020-12-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-31. Doogh is an Iranian type of traditional fermented dairy-based drinks that is usually produced by mixing set or stirred yogurt and water at the same rate, as well as some aqueous extracts of local herbs, and spices such as thyme.
  12. Katz, Sandor Ellix. Wild Fermentation: The Flavor, Nutrition, and Craft of Live-Culture Foods, 2nd Edition (ingilis). Chelsea Green Publishing. 2016. səh. 117. ISBN 978-1-60358-628-3. 2020-12-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-31.
  13. Simmons, Shirin. Treasury of Persian Cuisine. Stamford House Publishing. 2007. ISBN 978-1-904985-56-3. 2020-12-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-31.
  14. Grosart, Alexander. "Soor-doock" and "doogh". The Academy and literature. 30. Blackburn. 17 July 1886. 59. 18 December 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 October 2020.
  15. Islamic Republic of Iran. Project Document for a Regional Standard for Doogh (CX/NEA 09/5/8) (PDF). Tunis, Tunisia: United Nations. Joint FAO/WHO food standards programme of the FAO/WHO coordinating committee for the Near East. 26–29 January 2009. 2017-05-18 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 26 June 2011.
  16. "PM says Turkey's national drink is doogh, not beer". Zaman. 27 April 2013. 2015-11-17 tarixində orijinalından arxivləşdirilib.
  17. "Turks turn away from 'national drink' despite Erdoğan". Zaman. 22 June 2015. 2015-11-17 tarixində orijinalından arxivləşdirilib.
  18. Çelikkan, Erdinç. "State-owned tea firm fined 220,000 liras for 'insulting ayran' in ads". Hürriyet. 9 November 2015. 1 January 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 August 2024.
  19. 1 2 "Arxivlənmiş surət". 2024-08-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-10.