Tərcümə lüğəti

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Fərqli boyda çap olunmuş ikidilli lüğətlər

Tərcümə lüğəti — iki və daha artıq dillərin (onların bu və ya digər hissəsinin, yaxud hamısını) lüğət tərkibinin planlı şəkildə müqayisəsini əks etdirən lüğət. [1]

Növləri

Ümumi leksika tərcümə lüğətləri — müəyyən qaydada düzülmüş müvafiq (adətən əlifba üzrə) tərcümə və (yaxud) digər dildə (müəyyən kontekstdə mümkün ekvivalentlərinin) sözlərin şərh edən lüğətlər.

Elmi-texniki tərcümə lüğətləri iki cür olur: politexnik (ümumtexnik), ixtisas lüğətləri. Politexnik lüğətlərə elm və texnikanın bütün əsas qollarından terminlər, ixtisas lüğətlərində isə bir sahənin terminləri daxildir.

Hər iki növ iki və çoxdilli ola bilər.

İstinadlar

  1. "Rafiq Manafoğlu, Nizami Tağısoy, Rüstəm Kamal - İzahlı tərcüməşünaslıq terminləri lüğəti. Bakı: Mütərcim, 2010. – Bax: səh. 123" (PDF). 2014-12-22 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2013-04-30.

Həmçinin bax