Tacikistan rublu

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Tacikistan rublu yaxud rubl (tacik. rubl) — 1995-ci il 10 may tarixindən 2000-ci il 29 oktyabr tarixinə qədər Tacikistanın rəsmi valyutası. Formal olaraq 100 təngə.[1]

Tarixi

Keçmiş Sovet Sosialist Respublikalarında olduğu kimi Tacikistan hətta müstəqilliyinin əldə etdikdən sonra da sovet rublundan istifadəyə davam etmişdir. 1993-cü il 26 iyul tarixində rus rublunun yeni versiyası tədavülə buraxıldı və sovet pullarının Rusiya Federasiyasına axınına son qoyuldu.[2] Tacikistanda bu pullardan 1994-cü il 8 yanvar tarixinə qədər istifadə edilmişdir.[3] 1994-cü il 1 yanvar tarixindən başlayaraq Tacikistan hüdudlarında ödəniş vasitəsi kimi 1993-cü ildə tədavülə buraxılan rus rublu qəbul edildi. Buna qədər 1993-cü ilin noyabrında milli tacik ornamentləri ilə rus pullarının dəyişdirilməsinin mümkünlüyü məsələsinə baxıldı. 1995-ci ilin mayın 10-da rus rublu tacik rublu ilə əvəz edildi: 1 tacik rublu 100 rus rubluna bərabər idi. Başlanğıcda tacik rublundan pul kuponu kimi istifadə edilməsi təklif edilirdi.

2000-ci ilin oktyabr ayının 30-da tacik rublu yeni milli valyuta olan somoni ilə əvəz edildi. 1 somoni 1000 tacik rubluna bərabər olaraq müəyyən edildi. Mübadilə 2001-ci ilin 1 aprelinə qədər reallaşdırıldı və bu dövr ərzində hər iki valyuta bərabər dövriyyəyə malik idi.[4]

Xatirə pulu

1999-cu ildə tacik rublu valyutasının yeganə xatirə pulu tədavülə buraxıldı.

Nominal Parametrlər Təsvir Zərb edilmə

tarixi

Диаметр Çəkisi Tərkibi Avers Revers
20 rubl 35,1 mm 20 q gümüş - 900 İsmayıl Somoni Monarxiya mənsubluğu 1999-cu il

Həmçinin bax

İstinadlar

  1. Загоренко Д. Н. Реестр банкнот. Страны СНГ и Балтии. — Донецк: Изд-во «Лондон XXI», 2012
  2. "The Global History of Currencies — Russia". 2007-01-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-11-22.
  3. "Tables of modern monetary history: Asia". 2007-02-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-11-22.
  4. "Национальные валюты. Валюта Таджикский рубль, её описание". 2015-01-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-11-22.