Somoni (tac. сомонӣ) — Tacikistan Respublikasının milli pul vahidi, birinci tacik dövlətinin banisi İsmail Samaninin (tac. Исмоил Сомонӣ) şərəfinə adlandırılıb.[1] Standart kodu ISO 4217 — TJS. 1 samani 100 dirəmdən ibarətdir.
Samani 30 oktyabr 2000-ci ildə dövriyyəyə buraxılıb və tacik rublunu (1 somoni = 1000 tacik rublu) əvəz edib. 1 aprel 2001-ci ilə qədər bu dəyişiklik tam həyata keçirilib.
Tacikistanın bütün qəpik pulları Sankt-Peterburq zərbxanasında kəsilir.
2001-ci il qəpikləri ilə müayisədə 2006-cı il qəpiklərində nominalın təsviri daha böyük verilib.
Təsvir | Nominal | Metal (örtü) |
Diametr, mm |
Qalınlıq, mm |
Kütlə, q |
Kənar | Buraxılış ili |
---|---|---|---|---|---|---|---|
çəkilmiş polad |
|||||||
çəkilmiş polad |
|||||||
çəkilmiş polad |
|||||||
diyir-diyir |
|||||||
, СЕ СОМОНӢ yazısı ilə | |||||||
kəsik-kəsik- diyir-diyir | |||||||
Şəklin miqyası — 1 millimetrdə 3,0 piksel |
Pul dövriyyəsinin keyfiyyətini yüksəltmək üçün 15 iyun 2011-ci ildə 5, 10, 20 və 50 dirəm və 1 somoni nominallı yeni qəpik seriyası buraxılmışdır[2]. 1 və 2 dirəm nominallı qəpiklər 2 fevral 2013-cü ildən dövriyyəyə girmişdir.
Köhnə buraxılışlı (2001 və 2006-cı illər) bütün qəpiklər qanuni ödəmə vasitəsi olaraq qalır[3].