Tacikistan rublu yaxud rubl (tacik. rubl) — 1995-ci il 10 may tarixindən 2000-ci il 29 oktyabr tarixinə qədər Tacikistanın rəsmi valyutası. Formal olaraq 100 təngə.[1]
Keçmiş Sovet Sosialist Respublikalarında olduğu kimi Tacikistan hətta müstəqilliyinin əldə etdikdən sonra da sovet rublundan istifadəyə davam etmişdir. 1993-cü il 26 iyul tarixində rus rublunun yeni versiyası tədavülə buraxıldı və sovet pullarının Rusiya Federasiyasına axınına son qoyuldu.[2] Tacikistanda bu pullardan 1994-cü il 8 yanvar tarixinə qədər istifadə edilmişdir.[3] 1994-cü il 1 yanvar tarixindən başlayaraq Tacikistan hüdudlarında ödəniş vasitəsi kimi 1993-cü ildə tədavülə buraxılan rus rublu qəbul edildi. Buna qədər 1993-cü ilin noyabrında milli tacik ornamentləri ilə rus pullarının dəyişdirilməsinin mümkünlüyü məsələsinə baxıldı. 1995-ci ilin mayın 10-da rus rublu tacik rublu ilə əvəz edildi: 1 tacik rublu 100 rus rubluna bərabər idi. Başlanğıcda tacik rublundan pul kuponu kimi istifadə edilməsi təklif edilirdi.
2000-ci ilin oktyabr ayının 30-da tacik rublu yeni milli valyuta olan somoni ilə əvəz edildi. 1 somoni 1000 tacik rubluna bərabər olaraq müəyyən edildi. Mübadilə 2001-ci ilin 1 aprelinə qədər reallaşdırıldı və bu dövr ərzində hər iki valyuta bərabər dövriyyəyə malik idi.[4]
1999-cu ildə tacik rublu valyutasının yeganə xatirə pulu tədavülə buraxıldı.
Nominal | Parametrlər | Təsvir | Zərb edilmə
tarixi | |||
---|---|---|---|---|---|---|
Диаметр | Çəkisi | Tərkibi | Avers | Revers | ||
20 rubl | 35,1 mm | 20 q | gümüş - 900 | İsmayıl Somoni | Monarxiya mənsubluğu | 1999-cu il |