Tahir Zahidov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Tahir Zahidov
Şəxsi məlumatlar
Tam adı Tahir Zahidov
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Doğum tarixi (45 yaş)
Boyu 152 sm. (5 ft 6 in)
İdman növü Güləş
Karyera illəri 1992—1999
Məşqçisi Rəşid Rəşidov

Tahir Zahidov (10 fevral 1979) — Azərbaycanı təmsil edən yunan-roma güləşçisi.[1]

Karyerası

Tahir Zahidov 1994-cü ildə Birləşmiş Ştatlarda, 1995-ci ildə isə Macarıstanda baş tutan yeniyetmələr arasında Dünya Çempionatlarının qalibi oldu.[2] 1995-ci ildə Praqa şəhərində (Çexiya) Dünya Çempionatını 20-ci pillədə başa vuran Tahir Zahidov 1996-cı ildə Budapeşt şəhərində (Macarıstan) Avropa Çempionatını 8-ci pillədə başa vurdu.[2]

Tahir Zahidov 1996-cı ilin iyulunda Azərbaycanı Atlanta şəhərində (ABŞ) baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib. İyulun 20-də mübarizə aparan Tahir Zahidov 1/16 final mərhələsi çərçivəsində baş tutan birinci görüşdə 1992-ci il Barselona Olimpiadasının qalibi olan Almaniya nümayəndəsi Oleq Kurçenxo ilə üz-üzə gəldi.[3] Həmin görüşdə rəqibinə 0:10 hesabı ilə məğlub olan Tahir Zahidov, mübarizəni təsəlliverici qrupda davam elədi.[3] Təsəlliverici qrupun birinci görüşündə onun rəqibi Yəmən nümayəndəsi Abdulla Al-İzani oldu.[3] Rəqibinə 11:0 hesabı ilə qalib gələn Tahir Zahidov, qrupun növbəti mərhələsinə adladı.[3] Bu mərhələdə isə onun rəqibi İtaliya nümayəndəsi Francesco Kostantino oldu.[3] Bu görüşdə rəqibinə 0:5 hesabı ilə məğlub olan Tahir Zahidov, Atlanta Olimpiadasıı 14-cü pillədə başa vurdu.[3]

Olimpiadadan sonra Tahir Zahidov 1996-cı ildə Polşada gənclər arasında Dünya Çempionatını altıncı pillədə başa vurdu.[2]

1997-ci ildə isə Tahir Zahidov İstanbul şəhərində gənclər arasında Avropa Çempionatının bürünc medalına sahib olsa da, həmin il Finlandiyada baş tutan gənclər arasında Dünya Çempinatını dördüncü pillədə başa vurdu.[2]

1998-ci ildə Albaniyada baş tutan gənclər arasında Avropa Çempionatında dördüncü pillədə qərarlaşan Tahir Zahidov 1999-cu ildə Budapeşt şəhərində (Macarıstan) gənclər arasında Avropa Çempionatının qızıl, Buxarest şəhərində (Rumıniya) gənclər arasında Dünya Çempionatının isə gümüş medalına sahib oldu. 1999-cu ildə idmanla vidalaşdı.[2]

Nəticələri

Sıra
İl
Yarış
Ev sahibi
Nəticə
1
1994
Yeniyetmələrin Dünya Çempionatı ABŞ ABŞ
1.
2
1995
Yeniyetmələrin Dünya Çempionatı Macarıstan Macarıstan
1.
3
Dünya Çempionatı Çexiya Çexiya
20.
4
1996
Avropa Çempionatı Macarıstan Macarıstan
8.
5
Olimpiya Oyunları ABŞ ABŞ
14.
6
Gənclərin Dünya Çempionatı Polşa Polşa
6.
7
1997
Gənclərin Avropa Çempionatı Türkiyə Türkiyə
3.
8
Gənclərin Dünya Çempionatı Finlandiya Finlandiya
4.
9
1998
Gənclərin Avropa Çempionatı Albaniya Albaniya
4.
10
1999
Gənclərin Avropa Çempionatı Macarıstan Macarıstan
1.
11
Gənclərin Dünya Çempionatı Rumıniya Rumıniya
2.

İstinadlar

  1. Olympedia.org. "Tahir ZAHİDOV". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  2. 1 2 3 4 5 International Wrestling Database. "TAHIR ZAHIDOV". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-06-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
  3. 1 2 3 4 5 6 Olympedia.org. "1996 Summer Olympics / Wrestling / Light-Flyweight (48 Kilograms) / Greco-Roman / Men". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.