Takaoki Sasaki

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Takaoki Sasaki
yap. 佐々木 隆興
Doğum tarixi 5 may 1878(1878-05-05)
Doğum yeri
Vəfat tarixi 31 oktyabr 1966(1966-10-31) (88 yaşında)
Təhsili
  • Tokio İmperiya Universiteti[d]
Fəaliyyəti onkoloq, biokimyaçı
Mükafatları "Mədəniyyət" ordeni
Üzvlüyü

Takaoki Sasaki (佐々木 隆興?, 5 may 1878, Tokio31 oktyabr 1966)Yaponiya biokimyaçısıonkoloqu.

1878-ci ildə Tokio şəhərində doğulmuşdur.[1] Tokio Universitetindən məzun olduqdan sonra 1913-cü ildə Kioto Universitetində daxili xəstəliklər üzrə professor olmuşdur.[1][2] Daha sonra 1915-ci ildə Kyoundo xəstəxanasının sayca 3-cü direktoru təyin olunmuşdur.[1]

Sasaki xərçəng xəstəliyi sahəsindəki tədqiqatlarına görə tanınır.[1] O, tələbəsi Yoşida Tomizo ilə birlikdə siçovullardan istifadə edərək azoboyaqlar vasitəsilə qaraciyər xərçənginin induksiyasını nümayiş etdirmişdir.[1] O, 1924-cü ildə "Protein və qurucu amin turşularının bakterial deqradasiyası və amin turşularının sintezi üzrə apardığı tədqiqatlara", 1936-cı ildə isə "C14H15N3 ilə qaraciyər karsinomasının təcrübi yetişdirilməsinə görə" Yaponiya Elmlər Akademiyasının mükafatına layiq görülmüşdür.[2] 1940-cı ilin noyabrında "Mədəniyyət" ordeni ilə təltif olunmuşdur.[1]

İstinadlar

  1. 1 2 3 4 5 6 Kodansha Encyclopedia of Japan
  2. 1 2 "About the Sasaki Institute". Sasaki Institute (ingiliscə). 2022-07-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 iyul 2022.

Ədəbiyyat