Leopoldin Alman Milli Elmlər Akademiyası (qısaca Leopoldin, alm. Deutsche Akademie der Naturforscher Leopoldina – Nationale Akademie der Wissenschaften) — Halledə (Saale) yerləşən Almaniyanın milli akademiyası.
Leopoldin Alman Milli Elmlər Akademiyası | |
---|---|
Leopoldin Alman Milli Elmlər Akademiyası | |
Növü | milli akademiya (2007-ci ildən bəri) |
Fəaliyyəti | alimlik, mükafatlar, konsiliumlar, tədqiqatlar |
Yaranma tarixi | 1 yanvar 1652 |
Mərkəzi | |
Yarandığı yer | Müqəddəs Roma imperiyası |
Qurucusu | I Leopold |
leopoldina.org | |
Vikianbarda əlaqəli mediafayllar |
1652-ci il yanvarın 1-də İtaliyadakı akademik modellərə əsaslanaraq qurulan akademiya, 1687-ci ilə qədər imperator I Leopold tərəfindən akademiya səviyyəsinə yüksəldilərək, onun adı verilənə qədər Academia Naturae Curiosorum adlandırılıb.[1]Akademiya, 2007-ci ilə qədər Almaniyanın Milli Elmlər Akademiyası elan edilənə qədər alman adı ilə Deutsche Akademie der Naturforscher Leopoldina kimi tanınırdı.[1]
Leopoldin 1652-ci il yanvarın 1-də imperatorun Şvaynfurt şəhərində latın adı ilə Academia Naturae Curiosorum adı ilə qurulmuşdur, bəzən ingilis dilinə "Təbiətə Maraqlılar Akademiyası" kimi tərcümə olunur.[2] O, dörd yerli həkim: İohann Laurentius Baux, cəmiyyətin ilk prezidenti, İohann Maykl Fer, Georq Balthasar Metzqer və Georq Balthasar Vohlfars tərəfindən təsis edilmişdir. Leopoldin arxivləri, XVII əsrə aid qeydlərin saxlanıldığı, dünyanın ən qədim arxivlərindən biridir.[1]
1670-ci ildə cəmiyyət ilk elmi jurnallardan biri olan, tibbə və təbiət fəlsəfəsinin botanika və fiziologiyasına aid mövzuları özündə cəmləşdirənEfemeriden və ya Miscellanea Curiosa-nı nəşr etməyə başladı.[3], s. 7–8 Onu 1677-ci ildə akademiyaya çevirən imperator I Leopold tərəfindən tanındıldı və sonra 1687-ci ildə onu İmperator Akademiyası elan edərək, Sacri Romani Imperii Academia Caesareo-Leopoldina Naturae Curiosorum adlandırdı və onun adını daşımasına icazə verdi.[3][4]
Cəmiyyət ilk vaxtlar işini yazışma yolu ilə aparırdı və prezidentin işlədiyi yerdə yerləşirdi. Şvaynfurtdan sonra Akademiya 1878-ci ildə Halledə daimi yerləşməmişdən əvvəl bir çox yerdə iqamət etmişdir. Şvaynfurtdan sonra ardıcıl olaraq: Nürnberq, Auqsburq, Altdorf, Erfurt, Erlangen, Bonn, Yena, Drezden və nəhayət Halledə yerləşmişdir.[1][3], s. 8–9
Milli rifah illərində Akademiyanı “milli institut” statusuna yüksəltmək üçün çoxlu cəhdlər edildi, lakin ilk cəhdlər uğursuz oldu. O vaxtlar Akademiya siyasi və ya akademik səviyyədə ölkənin gündəmində deyildi. Lakin sonradan onun üzvləri öz ictimai mövqelərini yaxşılaşdırmaq üçün Akademiyanı onun proseslərində iştirak etmək öhdəliyi ilə zənginləşdirməyə başladılar. Beləliklə, etdiyi 1924-cü ilin çətin şərtlərinə baxmayaraq,[3], s. 8–9 onlar hətta bütün yerli üzvlərin iştirak ilə müntəzəm olaraq aylıq yığıncaqlar keçirməyə başladılar.[1]
1933-cü ildə Adolf Hitler Almaniyanın kansleri olanda Leopoldinin yəhudi üzvlərini xaric etməyə başladı.[1] Albert Eynşteyn ictimai təzyiqə görə ilk qurban oldu. 1938-ci ildə nasist hökumətinə bütün yəhudi üzvlərin xaric edildiyi barədə bəyanat verilsə də, reallıqda 70-ə yaxın üzvün indeks kartları gizlədildiyi halda, artıq heç bir rəsmi üzv siyahıları dərc edilmədi və kartlar alman kapitulyasiyasından bir gün sonra yenidən inteqrasiya olundu.[5] Onlardan səkkizi II Dünya müharibəsi zamanı nasistlər tərəfindən öldürülüb.[6] Buna baxmayaraq, Leopoldin o zamankı Leopoldininin prezidenti Emil Abderhalden sayəsində digər alman akademiyaları kimi nasist rejiminin təsirindən çox da əziyyət çəkmədi.[1][5] Akademiyanın bölmələrini yenidən təşkil etməklə, 1932-ci ildə “Alman təbiətşünaslarının tərcümeyi-halı” adlı yeni seriyanı təqdim edərək nasist təzyiqlərinə müqavimət göstərdi.[7]
II Dünya müharibəsindən sonra Halle Şərqi Almaniyaya qatıldı. Bu müddət ərzində Almaniya Demokratik Respublikası bütün cəmiyyətləri bağladı Bununla belə, Akademiyanın yenidən qurulması üçün səylər göstərildi. 1947-ci ildə Hötenin "Elm Əsərləri"nin nəşri Akademiyanın adı altında redaktə olunmağa başladı və 1948-ci ildə burada yenidən mühazirələr oxunmağa başlandı. Ancaq Akademiya 1952-ci ilə qədər rəsmi olaraq açılmadı. Akademiyanın yenidən açılışı Akademiyanın yüzilliyinə təsadüf etdi.[8]
Yenidən açıldıqdan sonra Leopoldin Almaniya Demokratik Respublikasının Akademiyanı xüsusi olaraq Şərqi Almaniya institutu kimi yenidən qurmaq cəhdlərinə müqavimət göstərdi və özünü bütün Almaniya üçün vahid qurum kimi göstərməyə davam etdi. 1961-ci ilin avqustunda Berlin divarının tikintisi bu prosesə böyük təsir göstərdi. Akademiya milli siyasətdən ayrılaraq müstəqil fəaliyyətini davam etdirə bildi ki, bu da ona elmi ideyalar vasitəsilə Şərqi və Qərbi Almaniyanı birləşdirməyə imkan verdi. Akademiyanın illik toplantısı həmin ilin oktyabrında Qərbi Almaniyada planlaşdırılırdı; iyun ayında enerji məsələlərini müzakirə edəcəklərini bildirən dəvətlər göndərilsə də, iki aydan az bir müddət sonra Şərqi Almaniyada yaşayan üzvlərə səyahət etmək icazəsi verilməyəcəyini bildirən ləğv məktubları göndərildi.[8]
1991-ci ildə Almaniyanın yenidən birləşməsindən sonra Leopoldin qeyri-kommersiya təşkilatı statusu aldı. Almaniya hökuməti və Saksoniya-Anhalt əyalətinin hökuməti tərəfindən birgə maliyyələşdirildi.[3], ss. 10–14 Akademiyada mədəniyyət tarixi üçün də tibb və təbiət elmlərinə üstünlük verilməklə yeni bölmə yaradıldı.
2007-ci ilin noyabrında Almaniyanın təhsil naziri Annette Şavan Leopoldinin adının "Almaniya Elmlər Akademiyası" (Deutsche Akademie der Wissenschaften) olaraq dəyişdirildiyini elan etdi. Karsten Cedlitşka bildirir ki, Akademiya 2008-ci ilin fevralında Almaniyada ilk milli elmlər akademiyası statusunu alıb.[1] Almaniya Elmlər Akademiyası olaraq, Britaniya Kral Cəmiyyəti və ABŞ Milli Elmlər Akademiyası kimi qurumların daşıdığı eyni öhdəlikləri daşıyır və onlarla tərəfdaşlıq edir. Milli akademiya olaraq Leopoldin Almaniya hökuməti, o cümlədən parlament və ictimai və siyasi təşkilatlar üçün elm və elmlə bağlı siyasi məsələləri üzrə məsləhət xidməti kimi də fəaliyyət göstərəcəkdir.[1]
Leopoldin Almaniya hökumətinə müxtəlif elmi məsələlərdə, məsələn, iqlim dəyişikliyi və xəstəliklərə nəzarət üzrə məsləhətlər verən Almaniyada ilk və əsas akademik cəmiyyətdir. Leopoldində konfranslar və mühazirələr verilir və Nova Acta Leopoldina adı altında Efemerida da nəşrlərə davam edilirdi. Müxtəlif medallar və mükafatlar verir, qrantlar və təqaüdlər təklif edir və yeni üzvlər akademiyaya seçilirdi. Akademiya həmçinin özünün kitabxana və arxivinə sahib idi saxlayır və öz tarixinin araşdırılmasına həsr olunmuş Acta Historica Leopoldina adlı başqa bir jurnal nəşr etdirir.[3], s. 15–33
Akademiya həmçinin beynəlxalq fikir mübadiləsində və siyasət tövsiyələrində də digər öyrənilmiş cəmiyyətlərlə də sıx əməkdaşlıq edir. Bu cür təşəbbüslərin təfərrüatları haqqında akademiyanın saytında tez-tez məlumatlar yerləşdirilir.
Leopoldin Alman Milli Elmlər Akademiyasının aldığı mükafatlara qeyd edilənlər daxildir:
Akademiyanın üzvlərinin dörddə üçü alman dilli ölkələrdən (Almaniya, Avstriya, İsveçrə) və dörddə biri isə təxminən 30 digər millətdəndir.[1] Leopoldin üzvlüyünə seçilmək Almaniyada bir institut tərəfindən verilən ən yüksək akademik mükafatdır. Bəzi laureatlar həm də Leopoldinin üzvləridir.[9]
Ən tanınmışları qeyd edilənlərdir:[8][10]
Üzvlər həmçinin kəşfləri və uğurları akademiyaya təyin edilə bilirlər. Məsələn, 893 Leopoldin asteroidi onun şərəfinə adlandırılıb.
Akademiyaya Senat tərəfindən seçilən, sədr vəzifəsini icra edən prezidentdən, dörd vitse-prezidentdən və digər ümumi üzvlərdən ibarət Rəyasət heyəti rəhbərlik edirdi. Bu vəzifə müddəti beş ildir və eyni şəxs iki dəfə bu vəzifəni icra edə bilər. Akademiyanın Senatı hazırda elmin müxtəlif bölmələrini və fənlərini təmsil edən 39 üzvdən, həmçinin İsveçrə və Avstriyadan olan nümayəndələrdən ibarətdir. Senat üzvləri dörd il fəaliyyət göstərir və yalnız bir dəfə yenidən seçilə bilərlər. Akademiyanın son prezidenti, Berlindən olan Dr. Cerald Haug 1 mart 2020-ci ildə vəzifəyə başlayanda Akademiyanın 27-ci prezidenti idi.[10]
Leopoldinin keçmiş prezidentləri:
Past presidents of the Leopoldina with time and place of office: