Talış fiziki-coğrafi rayonu

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Talış fiziki - coğrafi rayonu - Azərbaycan Respublikasının cənub - şərq hissəsində yerləşib şərqdən, şimal- şərqdən Lənkəran ovalığı ilə, cənubdan, qərbdən və şimal qərbdən İran Respublikası ərazisi ilə sərhədlənir. Relyefin mütləq yüksəkliyi 200 m-lə 2440 m arasında dəyişir. Burada Xəzər dənizi sahilləri yaxınlığında submeredianal istiqamətdə bir- birinə paralel uzanan Talış - Peştəsər və Burovar silsilələri və onların arasında yerləşən çökəkliklər ( Yardımlı, Zuvand və s.) relyefin daxili quruluşunu mürəkkəbləşdirməklə mühüm iqlimyaradıcı rola malikdir. Rayonun alçaq və ortadağlıq hissəsində enliyarpaqlı dağ meşələri inkişaf etmişdir. Bu meşələrdə, xüsusilə alçaqdağlıqda hirkan - relikt ağac növləri (şabalıdyarpaqlı palıd, dəmirağacı, azat, ipək akasiya və s.) inkişaf etmişdir. Ərazinin yüksəkdağlıq hissəsində meşə qurşağından yuxarıda meşə - çöl, çöl, quruçöl və dağ - yarımsəhra landşaftları relyefin xüsusiyyətlərinə münasib olaraq inversiya xarakterinə malik olan xüsusi iqlim şəraitinin mövcudluğu nəticəsində formalaşmışdır. (Şirinov, Süleymanov, 1977). Fiziki - coğrafi rayon ərazisində maldarlıq, əkinçilik, üzümçülük inkişaf etmişdir. Dağ ətəklərində və dağlıq hissədə bir sıra isti və soyuq mineral bulaqlar  vardır.[1]

Xarici keçid

Həmçinin bax

İstinad

  1. Azərbaycan Respublikası Konstruktiv Coğrafiyası. Bakı –Elm - 1996, I cild