Bu səhifə və ya bölmənin müəlliflik hüququ pozuntusu olduğu güman edilir. Məzmun böyük ehtimalla heç bir dəyişiklik edilmədən Azərbaycan Respublikası Konstruktiv Coğrafiyası. Bakı –Elm — 1996, I cild kopyalanıb.
Əgər bunun belə olmadığını düşünürsünüzsə, müzakirə səhifəsində öz fikrinizi bildirin. Əgər müəllif sizsinizsə, lütfən mətndən istifadə etmək üçün icazə alın. Pozuntunun aşkar edildiyi tarix: 1 may 2024. Məqalənin müəllifinə: Müəlliflik hüquqları |
Lənkəran fiziki-coğrafi rayonu — rayon ərazisi Xəzər dənizinin qərb sahili və Talış dağlarının ətəkləri arasında yerləşib, şimalda Bolharu çayından cənubda Astaraçaya qədər 100 km - dək uzanır. Mütləq yüksəkliyi -28m-lə 80-100m arasında dəyişir. Relyefi az meyilli, hamar səthli alçaq düzənlik üst Dördüncü dövrün dəniz və çay çöküntülkərindən təşkil olunmuşdur. Rütubətli subtropik iqlimə malik olan bu ərazidə düzənlik meşələri, çəmən kolları və çəmənlikləri inkişaf etmişdir (Budaqov,1988). Respublika ərazisi üçün maksimal otra illik yağıntıların miqdarı (1398mm) Lənkəran ovalığının Astara ərazisində müşahidə olunur. Lənkəran ovalığı respublikamızın məhsuldar kənd təsərrüfatı rayonlarından biridir. Rütubətsevən subtropik bitkilərin inkişafında mühüm yer tutur. Respublikamızda çayçılığın, subtropik meyvələrin, tərəvəz və üzümçülüyün inkişafında bu fiziki - coğrafi rayonun xüsusi yeri vardır.[1]