Talış məxməri kəpənəyi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Talış məxməri kəpənəyi
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Ranqsız:
Ranqsız:
Yarımtip:
Ranqsız:
Yarımsinif:
İnfrasinif:
Ranqsız:
Dəstəüstü:
Yarımdəstə:
İnfradəstə:
Fəsiləüstü:
Fəsilə:
Yarımfəsilə:
Triba:
Yarımtriba:
???:
Talış məxməri kəpənəyi
Beynəlxalq elmi adı
  • Pararge adrastoides

Talış məxməri kəpənəyi (lat. Pararge adrastoides) — pararge cinsinə aid heyvan növü. Yoxa çıxmaqda olan Talış avtoxtonudur.

Yayıldığı yer

Talışın ovalıq, dağətəyidağları (meşənin yuxarı hissəsinə qədər).[1]

Yaşadığı yer

Kölgəli sıx otluqlu meşə kənarları talaları və meşə zolaqları.[2]

Sayı

Azsaylıdır.

Ekologiyası

Ovalıqda yazda və yayın ortalarında uçuşur, ildə iki nəsil verir, dağlarda (Lerik, Yardımlı rayonları) bir nəsil verir, kəpənəklər iyun – iyulda uçuşur. Tırtıllar yayın əvvəlində, payızda (ovalıqda) və avqustda (dağlarda) müxtəlif yabanı dənli bitkilər üzərində yaşayırlar. Pup mərhələsində qışlayır. Təbii düşməni və xəstəlikləri məlum deyildir.[3]

Sayının dəyişilmə səbəbləri

Tırtılları yem bazasından məhrum edən müntəzəm biçin.

Zəruri qorunma tədbirləri

Hirkan qoruğu ərazisində kəpənəklərin tutulmasının və biçinin qadağan edilməsi.

Qorunması üçün məsləhət görülmüş tədbirlər

Kəpənəklərin yaşayış yerlərində qida bitkilərinin biçininin qadağan edilməsi. Bu ərazilərdə qorunan sahələrin təşkili. Azərbaycan ərazisində bu kəpənəyin biologiyasının ətraflı öyrənilməsi, kəpənəyin yaşadığı ərazilərə monitorinqlərin təşkili.

İstinadlar

  1. Azərbaycan SSR-in Qırmızı kitabı, 1989.
  2. Azərbaycanın Qırmızı Kitabı, Bakı, II cild, 2013
  3. Рябов М.А. Чешуекрылые Кавказа. Животный мир СССР, т.V, М.–Л., изд-во АН СССР, 1958, с. 351 - 475;

Həmçinin bax