Tamara Beruçaşvili

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Tamara Beruçaşvili
Doğum tarixi 9 aprel 1961(1961-04-09) (63 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti diplomat, siyasətçi
Partiyası
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tamara Beruçaşvili (gürc. თამარ ბერუჩაშვილი; 9 aprel 1961, Tbilisi) — Gürcüstan dövlət xadimi və diplomatı. 1998-2000-ci illərdə Gürcüstanın Ticarət və Xarici İqtisadi Əlaqələr naziri, 2004-cü ildə Gürcüstanın Avropa və Avroatlantik İnteqrasiya Naziri, 2014-2015-ci illərdə Gürcüstanın Xarici İşlər Naziri, 2016-cı ildən isə Gürcüstanın Böyük Britaniyadakı səfiridir.

Bioqrafiya

Beruçaşvili 1985-ci ildə Moskvanın Rusiya Xalqlar Dostluğu Universitetini bitirib, fizika-riyaziyyat və təbiət elmləri, eləcə də xarici dillər fakültələrində təhsil alıb[1]. Təhsilinə görə - kimyaçı, fransız dilindən tərcüməçidir. 1986-1990-cı illərdə Gürcüstan SSR Elmlər Akademiyasının Farmakologiya İnstitutunda baş laborant işləyib[2]. 1990-1992-ci illərdə Gürcüstanın Elm və Texnologiya Nazirliyində beynəlxalq əməkdaşlıq şöbəsinin baş mütəxəssisi olur. 1992-ci ildə UNESCO Beynəlxalq İdarəetmə Mərkəzini bitirib. 1992-1994-cü illərdə Gürcüstanın Xarici İqtisadi Əlaqələr üzrə Dövlət Komitəsində işləmiş, TACIS proqramının koordinasiya bürosunun inzibatçısı olmuşdur. 1994-1996-cı illərdə Gürcüstanın Elm və Texnologiya Nazirliyində çalışır, TACIS proqramının koordinasiya bürosunda icraçı direktor müavini vəzifəsini tutur.

1996-1998-ci illərdə Beruçaşvili Bloomingtondakı İndiana Universitetində Dövlət İdarəçiliyi üzrə magistr təhsili alır. Bu müddət ərzində Vaşinqtondakı Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində təcrübə keçir. 1998-ci ilin iyun-avqust aylarında ABŞ-dən qayıtdıqdan sonra Gürcüstanın Ticarət və Xarici İqtisadi Əlaqələr nazirinin müavini, sonra 1998-2000 -ci illərdə Nazir vəzifəsində çalışır. Beruçaşvili 2000 -ci ilin iyunundan 2003-cü ilin dekabrınadək Gürcüstanın Xarici İşlər Nazirinin müavini, 2003-cü ilin dekabrından Gürcüstanın Avropa və Avroatlantik İnteqrasiya üzrə Dövlət Nazirinin müavini, Aİ proqramının milli koordinatoru olur. 2004-cü ilin fevral-dekabr aylarında Avropa və Avroatlantik strukturlarla inteqrasiya üzrə dövlət naziri vəzifəsində çalışmışdır. 2004-cü ilin dekabrından 2011-ci ilin dekabrına qədər - Avropa və Avroatlantik Strukturlarla İnteqrasiya üzrə Dövlət Nazirinin birinci müavini, 2011-2012-ci illərdə Baş nazirin müavini, Avropa və Avroatlantik İnteqrasiya üzrə Dövlət Nazirinin baş müşaviri olmuşdur. 2012-ci ilin noyabrından 2013-cü ilin martınadək yenidən Avropa və Avroatlantik İnteqrasiya üzrə Dövlət nazirinin müavini vəzifəsində çalışmışdır.

25 mart 2013-cü ildə Gürcüstan xarici işlər nazirinin müavini vəzifəsinə təyin edilir.Üstəlik Avroatlantik inteqrasiya məsələlərinə nəzarət edir. 7 noyabr 2014-cü ildə xarici işlər nazirinin birinci müavini vəzifəsini icra edir. 11 noyabr 2014-cü ildə Gürcüstanın Xarici İşlər Naziri təyin edilir və 1 sentyabr 2015-ci ilə qədər bu vəzifəni tutur. 2016-cı ilin martında Gürcüstanın Böyük Britaniyadakı səfiri təyin edilir[3].

Ailə

Ailəlidir, iki övladı var[1].

İstinadlar

  1. 1 2 "Беручашвили, Тамар" (rus). ТАСС. 2020-11-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-08.
  2. "Тамара Беручашвили. Биография" (rus). РИА Новости. 2014-11-11. 2020-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-08.
  3. "Беручашвили назначена послом Грузии в Великобританию". Civil Georgia. 2015-12-04. 2020-11-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-08.

Mənbə