TACIS

TACIS proqramının emblemi

TACIS (Technical Assistance for the Commonwealth of Independent States, Müstəqil Dövlətlər Birliyinə Texniki Yardım)Avropa İttifaqının MDB ölkələrində iqtisadi islahatların sürətləndirilməsinə yardım məqsədilə həyata keçirdiyi proqramdır. Proqram nou-hauların MDB ölkələrinə ötürülməsi üçün qrantlar verir.

1991-2007 illər arasında TACIS çərçivəsində Aİ tərəfindən 7,3 milliard avro ayırılıb. 2006-ci ildə təftiş komissiyası tərəfindən keçirilən araşdırma göstərib ki, proqram çərçivəsində 5 milliard avro[1] qeyri-effektiv şəkildə xərclənilib. Məsələn, Rusiyadaki 29 layihədən ancaq 5-in nəzərəçarpacaq nəticəsi olmuşdu. Avropa Parlamentinin üzvləri proqramın dayandırılmasını tələb etmişlər.[2] 2007-ci ildə TACIS ləğv olunmuşdu. Onu Avropa Qonuşuluq və Tərəfdaşlıq Proqramı (ing. European Neighbourhood and Partnership Instrument/ENPI) əvəzləndirib.[3]

  1. Россию обвинили в растрате 5 млрд евро Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine // КП
  2. Лебедева, Серафима. "Ничего личного". Приложение к газете «Коммерсантъ» «Business Guide» (rus). Издательский дом «Коммерсантъ». 2010-04-20. 2010-11-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-09-08.
  3. "Arxivlənmiş surət" (PDF). 2023-12-29 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-12-29.