Taxtakörpü qəsəbəsi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Taxtakörpü qəsəbəsi
Ölkə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Taxta Körpü qəsəbəsi və ya Laçın obalarıAğcabədi rayonunda əsasən Laçın rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı qəsəbə.

Tarixi

Taxtakörpü qəsəbəsində yerləşən Laçın Rayon İcra Hakimiyyətinin binası

Bura 1990-cı illərə qədər Laçınlıların qışlaq ərazisi olmuşdur. 18 may 1992-ci ildə Laçın rayonu erməni silahlıları tərəfindən işğal edildikdən sonra rayon əhalisi əsasən burada məskunlaşmışdır. Ərazi Laçın Qaçqınlarının Taxta Körpü Düşərgəsi kimi də tanınır.

Laçın Rayon İcra hakimiyyəti də bu qəsəbədə yerləşir.

Mədəniyyət

Taxtakörpü qəsəbəsində 2 hektarlıq sahədə Heydər Əliyev parkı salınmışdır.[1]

Sosial infrastruktur

Qəsəbədə Təcili tibbi yardım məntəqəsi, Laçın Petrol yanacaqdoldurma məntəqəsi, Kapitalbankın şöbəsi fəaliyyət göstərir.[2]

İstinadlar