Tembot Keraşev

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Tembot Keraşev
Doğum tarixi 16 avqust 1902(1902-08-16)[1]
Vəfat tarixi 8 fevral 1988(1988-02-08)[1] (85 yaşında)
Vəfat yeri
Fəaliyyəti arxivçi, yazıçı
Əsərlərinin dili Aşağı Adıqca
Janr roman
Üzvlüyü
Mükafatları "Lenin" ordeni "Oktyabr inqilabı" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Xalqlar dostluğu" ordeni
"Stalin" mükafatı

Tembot Məhəmmədoviç Keraşev[2] (rus. Тембот Магометович Кера́шев; 16 avqust 1902[1]8 fevral 1988[1], Maykop, Krasnodar diyarı[1]) — adıge-sovet yazıçısı, "Stalin" mükafatı laureatı (1948), 1928-ci ildən Sov. İKP(b) üzvü.

Həyatı

Tembot Keraşev 16 avqust 1902-ci ildə Koşehabl kəndində (indiki Adıgeya) kəndli ailəsində anadan olmuşdur. O, özəl tatar məktəbini bitirmiş, 1913–1914-cü illərdə Ufada müəllim seminariyasında, 1918–1920-ci illərdə Abinskaya kəndində realnıy məktəbində, daha sonra Krasnodar Politexnik İnstitutunda (indiki Kuban Dövlət Texnologiya Universiteti) oxumuş, 1929-cu ildə Moskva Sənaye-İqtisad İnstitutunu (indiki Dövlət Menecment Universiteti) bitirmişdir. Bundan sonra Keraşev Adıge Muxtar Vilayətinə qayıtmış və burada regional qəzetin redaktoru, adıgey milli nəşriyyatının müdiri olaraq çalışmışdır. O, 1931-ci ildə Adıgey Elmi-Tədqiqat Yerli Tarix İnstitutunun direktoru təyin edilmiş, 1934–1936-cı illərdə Krasnodar İnstitutunda dosent vəzifəsində çalışmış, ardınca Elmi-Tədqiqat Diyarşünaslıq İnstitutuna elmi işçi kimi qayıtmışdır. Keraşev çərkəzlərin şifahi poeziyasından nümunələr toplamış, folklor əsərləri topluları tərtib etmiş və ədəbiyyat üzrə dərsliklər hazırlamışdır. O, 8 fevral 1988-ci ildə vəfat etmiş, Maykopdakı Yeni qəbiristanlıqda dəfn edilmişdir.[3]

Şəxsi həaytı

Keraşevin oğlu Aslanbəy tanınmış jurnalistdir.

İstinadlar

  1. 1 2 3 4 5 6 Library of Congress Authorities (ing.). Library of Congress.
  2. Адыҝе Мухтар Вилајәти. Мәдәнијјәт // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 121–122.
  3. "Адыгейский республиканский институт гуманитарных исследований имени Т. М. Керашева: Директорский корпус". 2015-06-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-11-24.

Xarici keçidlər