Tezer Özlü

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Tezer Özlü
türk. Tezer Özlü
Doğum tarixi 1943[1][2][…]
Vəfat tarixi 18 fevral 1986(1986-02-18)[3]
Vəfat yeri
Dəfn yeri
  • Aşiyan qəbiristanlığı[d]
Fəaliyyəti tərcüməçi, yazıçı

Tezer Özlü (d. 10 sentyabr, 1943; Simav, Kütahya – ö. 18 fevral 1986; Sürix, İsveçrə) – türk yazıçı.

Həyatı

1943-cü ildə Simavda anadan olmuş, atasının işi ilə əlaqədar olaraq uşaqlığını Simav, Ödemiş və Gerededə keçirmişdir. 10 yaşında İstanbula gəlmiş, Avstriya Qız Liseyinə getmiş, lakin oranı bitirməmişdir. 1962-1963-cü illərdə Avropanı gəzmiş,[5] 1964-cü ildə teatrçı və yazıçı Güner Sümer ilə evlənmişdir. Onlar birlikdə Ankaraya köçmüşdür. Özlü sonralar Sümerdən ayrılaraq yenidən İstanbula köçmüşdür. 1967-1972-ci illər ərzində fasilələrlə İstanbuldakı müxtəlif xəstəxanaların psixiatriya klinikalarında müalicə almışdır.

1968-ci ildə rejissor Erden Kıralla evlənmiş, 1973-cü ildə bu evlilikdən qızı Dəniz dünyaya gəlmişdir. 1981-ci ildə Berlinə getmiş, Kıraldan ayrılmışdır. Kanadada yaşayan İsveçrə əsilli sanatçı Hans Piter Marti ilə tanış olmuş, 1984-cü ildə onunla evlənərək Sürixə köçmüşdür.[6] 18 fevral 1986-cı ildə orada dünyasını dəyişmişdir. Ölüm səbəbi döş xərçəngi olmuşdur. Məzarı Aşiyan qəbristanlığındadır.[7]

Əsərləri

  • Köhnə bağça (1978)
  • Uşaqlığın soyuq gecələri (1980)
  • Həyatın sonuna səyahət (1984)
  • Köhnə bağça - köhnə sevgi (1987)
  • Qalanlar (1995)
  • Zamanın xaricində həyat (2000)

İstinadlar

  1. Tezer Özlü Kıral // filmportal.de. 2005.
  2. Tezer Özlü // NUKAT. 2002.
  3. Library of Congress Authorities (ing.). Library of Congress.
  4. Deutsche Nationalbibliothek Record #172993679 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  5. Sezer Duru (2003). Tezer Özlü’ye Armağan. Yapı Kredi Yayınları. ISBN 978-975-363-309-3.
  6. "Arxivlənmiş surət". 2012-10-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-10-10.
  7. "Arxivlənmiş surət". 2014-08-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-08-08.