Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
The Marshall Mathers LP — ABŞ repçisi Eminemin üçüncü studiya albomu. 23 may 2000-ci ildə Aftermath Entertainment və Interscope Records tərəfindən buraxılmışdır. Albom 2001-ci ildə "Qremmi" mükafatına layiq görülmüşdür. 2000-ci ildə çıxan albom ilk həftəsində 1760000 nüsxə satılmış və tarixin ən sürətli satılan albomu olaraq Ginnesin Rekordlar Kitabına daxil olmuşdur. Albom RIAA tərəfindən almaz sertifikata layiq görülmüş və bütün dünyada 22 milyon nüsxə satılmışdır. Albom tənqidçilər tərəfindən bu günə kimi yaradılmış ən yaxşı rep albomu kimi qəbul olunub.