Eminem

Marshall Bruce Meters (17 oktyabr 1972, Sent-Cozef, Missuri, ABŞ) – OskarQremmi mükafatlı məşhur ABŞ reperi, müğənni, musiqi prodüseri, aktyor və bəstəkarı.

Eminem
ing. Marşall Brüs Meters III
Ümumi məlumatlar
Doğum adı Marşall Brüs Meters III
Ləqəbləri Eminem, Slim Shady, M&M
Doğum tarixi (50 yaş)
Doğum yeri Sent-Cozef, Missuri, ABŞ
Vətəndaşlığı ABŞ ABŞ
Uşağı 3[1]
Musiqiçi məlumatları
Fəaliyyəti Reper, Müğənni, Sözyazarı, Aktyor, Prodüser
Fəaliyyət illəri 1988 - günümüz[2]
Janrlar Hip hop, Rep
Səs tembri tenor[3]
Albom şirkətləri Interscope, Aftermath, Shady
Əlaqələri 50 Cent, Dr. Dre, D12, Bad Meets Evil, Royce Da 5'9", Akon
Üzvlüyü
Mükafatları Oskar, YTMA, EMA, VMA, MTV
İmzanın şəkli
eminem.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı[redaktə | mənbəni redaktə et]

Eminem uşaq ikən anası ilə birlikdə Detroyta (Miçiqan) köçmüş və hazırda da bu şəhərdə yaşayır. Dr. Dre-nin köməyi ilə rep səhnəsinə gələn Eminemin albomları indiyədək bütün dünyada 70 milyon nüsxədən artıq satılmışdır. Eminem The Slim Shady LP albomu ilə şöhrət qazanmış, lakin onun The Marshall Mathers LP albomu çıxdıqdan sonra müxtəlif tənqidçilər reperin lirikasını zorakılığı təbliğ etdiyinə görə tənqidə məruz qoymuşlar. 2002-ci ildə Eminemin ən çox tərifə layiq görülmüş və onun dünyada şöhrətini artırmış The Eminem Show albomu işıq üzü görmüşdür. Onun 2004-cü ildə buraxdığı Encore albomu isə əvvəlki albomlarının uğurlarını təkrarlaya bilməsə də, pərəstişkarları tərəfindən böyük rəğbətlə qarşılanmışdır. 2008-ci ildə Vibe jurnalı tərəfindən "yaşayan ən yaxşı reper" səsverməsini qazanan Eminemin növbəti albomu 2009-cu il, may ayının 19-da işıq üzü gördü və əvvəlki albomlar kimi yüksək tirajla alınmasa da ilin ən çox satılan hip-hop albomuna çevrildi. Bu albom çıxdıqdan bir qədər sonra Eminem ilin axırına kimi Relapse 2 albomunu yazacağı haqda elan versə də sonradan fikrini dəyişdi. Yeni albom 2010-cu ilin iyun ayında Recovery adı altında çıxdı. Albom 5.7 milyon nüsxə satılıb.[4]

Eminemin iki dəfə ailə qurub, boşandığı Kim Mathersdən Hailie adında bir qızı var.[5]

Diskoqrafiya[redaktə | mənbəni redaktə et]

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

  • 2000 "Da Hip Hop Witch" (qısa)
  • 2001 "The Wash"
  • 2002 "8 Mile"
  • 2003 "50 Cent: The New Breed" (sənədli)
  • 2004 "Crank Yankers"
  • 2009 "Funny People"
  • 2010 "Have Gun — Will Travel"
  • 2012 "Something from Nothing: The Art of Rap" (sənədli)
  • 2012 "How To Make Money Selling Drugs" (sənədli)
  • 2013 "Detroit Rubber"

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. https://www.rollingstone.com/music/music-news/eminem-on-the-road-back-from-hell-249093/.
  2. "Eminem: his very first mixtape leaked on the internet". HuffPost (French). 1 oktyabr 2015. 4 oktyabr 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 10 iyun 2019.
  3. http://www.criticofmusic.com/2013/05/vocal-range-eminem.html.
  4. "Eminem - Recovery". 2022-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-19.
  5. "Eminem - Film Actor, Actor, Music Producer, Rapper". 2019-03-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-19.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]