Titan(III)xlorid

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Titan(III)xlorid
Ümumi
Kimyəvi formulu Cl₃Ti[1]
Molyar kütlə 154,24 q/mol
Fiziki xassələri
Sıxlıq 2,64; 2,65-2,68; 2,656 q/sm³
Termik xüsusiyyətlər
Ərimə nöqtəsi 440; 730; 920 °S
Təsnifatı
CAS-da qeyd. nöm. 7705-07-9
PubChem
RTECS XR1924000
ChemSpider


Titan (III) xlorid (TiCl3) - qeyri-üzvi bir birləşmədir, titanın və xlorid turşusunun duzudur, tünd bənövşəyi kristallar, suda həll olur, yavaş-yavaş havada oksidləşir, kristallohidrat əmələ gətirir.


Fiziki xassələri

Titan (III) xlorid triqonal sistemin tünd bənövşəyi kristallarını əmələ gətirir. TiCl3-ün β-modifikasiyası məlumdur - qəhvəyi kristallardı. TiCl3•6H2O kristallohidrat yaradır, onunda hidrat izomerləri [Ti (H2O)6] Cl3 (bənövşəyi), [Ti (H2O)5Cl]Cl2•H2O (yaşıl) və [Ti (H2O)4Cl2] Cl • 2H2O(yaşıl) mövcuddur.

Alınması

  • Titanın qatı isti xlor turşusunda həll edilməsi nəticəsində almaq olar:
  • Titan(II)xloridin durulaşdırılmış xlor turşusunda həll edilməsi nəticəsində:
  • Titan xloridin hidrogen ilə reduksiya nəticəsində:
  • Titan (IV) xloridin titan ilə reduksiya nəticəsində alınır:
  • Titan (IV) xloridin elektrolizi ilə reduksiyası:

Kimyəvi xassələri

TiCl3 suda, etanolda yaxşı həll olur, dietil etirində, benzolda həll olunmur. Maye ammonyak ilə komplekslər əmələ gətirir [Ti(NH3)6]Cl3 və TiCl3 • 2NH3.

  • Qızdırılıqda parçalanır
  • Inert atmosferdə qələvilərlə reaksiyaya girir:
  • Havada reaksiya fərqli gedir:
  • Turş mühitdə oksidləşir:
  • Sulu məhlulu tədricən havada və neytral mühitdə oksidləşir:
  • Qələvi metalların xloridləri ilə kompleks duzlar əmələ gətirir:

Tətbiqi

TiCl3, Tsiqler-Natta katalizatorun əsas hissəsidir, hansı ki, sənayedə polietilenin istehsalında məsul yer tutur. Üzvi sintezdə reagent kimi istifadə olunur.

İstinadlar

  1. Справочник химика / Редкол.: Никольский Б.П. и др.. — 2-е изд., испр. — М.-Л.: Химия, 1966. — Т. 1. — 1072 с.
  2. Справочник химика / Редкол.: Никольский Б.П. и др.. — 3-е изд., испр. — Л.: Химия, 1971. — Т. 2. — 1168 с.
  3. Лидин Р.А. и др. Химические свойства неорганических веществ: Учеб. пособие для вузов. — 3-е изд., испр. — М.: Химия, 2000. — 480 с.
  1. TITANIUM TRICHLORIDE (ing.).