Tofiq Abasov (əməkdar məşqçi)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Tofiq Abasov
1976 – 1996
Şəxsi məlumatlar
Doğum tarixi 11 yanvar 1924(1924-01-11)
Doğum yeri
Vəfat tarixi 21 fevral 2005(2005-02-21) (81 yaşında)

Təltifləri Qırmızı Bayraq, I dərəcəli “Vətən müharibəsi” ordenləri

Tofiq Abasov (tam adı Tofiq Teymur oğlu Abasov; d.11 yanvar 1924; Bakı – ö.21 fevral 2005; Bakı) – Azərbaycan idmançısı, Azərbaycan SSR əməkdar bədən tərbiyəsi və idman xadimi (1964), SSRİ əməkdar məşqçisi (1960), professor (1988).

Həyatı

Tofiq Abasov 11 yanvar 1924-cü ildə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olmuşdur. 1951-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitunu bitirmişdir. Tofiq Abasov həmçinin Böyük Vətən müharibəsi iştirakçısı olmuş, 2005-ci il fevral ayının 21-də Bakı şəhərində vəfat etmişdir.[1]

Karyerası

1952–77-ci illərdə Respublikanın basketbol yığma komandasının baş məşqçisi, 1976–96-cı illərdəə isə Azərbaycan Basketbol Federasiyasının prezidenti olmuşdur.

1947–51-ci illərdə basketbol üzrə dəfələrlə Azərbaycan çempionu olmuşdur.

Mükafatlar

Qırmızı Bayraq, I dərəcəli "Vətən müharibəsi" ordenləri ilə təltif olunmuşdur.

İstinadlar

  1. Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 10. ISBN 978-9952-441-02-4.

Xarici keçidlər