Azərbaycan Basketbol Federasiyası və ya qısaca ABF — Azərbaycanda basketbola nəzarət edən rəsmi qurum.
Azərbaycan Basketbol Federasiyası | |
---|---|
Şüar | Yeni nəfəs! Yeni başlanğıс! |
Yaranma tarixi | 1992 |
Qeydiyyat tarixi |
FİBA üzvlüyü 1994 FİBA Avropa üzvlüyü 2000 |
Rəsmi dili | Azərbaycan dili |
Mərkəzi | Azərbaycan |
Prezident | Emin Əmrullayev |
aze.basketball |
Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra 1992-ci ildə müstəqil Azərbaycanın Basketbol Federasiyası (ABF) yarandı.
1994-cü ildə Azərbaycan Basketbol Federasiyası (ABF) Beynəlxalq Basketbol Federasiyasına (FİBA) tamhüquqlu üzv qəbul edilimişdir və bu da komandalarımıza beynəlxalq yarışlarda müstəqil dövlətimizin bayrağı altında çıxış etmək hüququ qazandırmışdır.
1997-ci ildən 2000-ci ilə qədər ABF-sı FİBA-nın heç bir toplantı və tədbirlərdə iştirak etmədiyinə görə Avropa Basketbol Federasiyasının tamhüquqlu üzvlüyündən xaric edilmişdir.
2000-ci ildə Azərbaycan Basketbol Federasiyasının yeni rəhbərliyi seçilmişdi.
Beynəlxalq əlaqalarin yeni səviyəyə galdırılması sayəsində 2000-ci ildə Türkiyədə keçirilən FİBA konqressində ABF-nın bu beynəlxalq quruma üzvlüyü bərpa olunmuşdur.
ABF müntəzəm olaraq ölkə çempionatlarını və Uşaq-Yeniyetmə Basketbol Liqasının yarışlarını keçirir. Bundan əlavə, ABF son dövrdə FİBA tərəfindən böyük əhəmiyyət verilən 3x3 basketbol idman növü üzrə ölkədaxili yarışların müntəzəm keçirilməsini təmin edir.
ABF ölkəmizdə gənc basketbolçularının yetişdirilməsinə və onların inkişafına xüsusi diqqət yetirir və bu məqsədlə məşqçilər tərəfindən davamlı seleksiya işinin aparılmasını təmin edir.[1]
— Simuzər Feyzullayeva
— Vilayət Vəliyev
— Bəxtiyar Aslanbəyli
— Elnur Əliyev
ABF-nin əsas fəaliyyət istiqamətləri aşağıdakılardan ibarətdir: