Torpağın radioaktivliyi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Torpağın radiaktivliyi – torpağın tərkibində radiaktiv xassəli kimyəvi elementlərin olmasıdır.  Torpağın radiaktivliyi uran, radium, toriumkaliumun radiaktiv izotopların miqdarından asılıdır. Torpaq əmələ gətirən süxurlardan asılı olaraq bu elementlərin tərkibi dəyişə bilər. Başqa torpaqlara nisbətən turş xassəli dağ süxurları üzərində təşəkkül tapmış torpaqlarda, ağır mexaniki və gillicəli çimli-çəmən torpaqlarında radiaktivlik yüksək olur. Torpağın radiaktivliyi təbii və süni olur[1].

Torpağın radiaktiv çirklənməsi

Nüvə qurğularının sınağı, qəza tullantıları və torpağa atom sənayesinin tullantılarının düşməsi nəticəsində yaranan radionuklidlərin Yer səthinə düşməsində baş verir.  Torpağın radiaktivlik çirklənmə sıxlığı küri vahidinin ərazi vahidinə bərabər olması ilə, yaxud stronsi vahidi ilə ölçülür. Bu cür torpaqlarda radiaktivlik təbii növdən çoxdur. 

Xarici keçid

Həmçinin bax

İstinad

  1. Quliyev İ.Ə. Torpaqşünaslıq Bakı