Torpağın radiaktivliyi – torpağın tərkibində radiaktiv xassəli kimyəvi elementlərin olmasıdır. Torpağın radiaktivliyi uran, radium, torium və kaliumun radiaktiv izotopların miqdarından asılıdır. Torpaq əmələ gətirən süxurlardan asılı olaraq bu elementlərin tərkibi dəyişə bilər. Başqa torpaqlara nisbətən turş xassəli dağ süxurları üzərində təşəkkül tapmış torpaqlarda, ağır mexaniki və gillicəli çimli-çəmən torpaqlarında radiaktivlik yüksək olur. Torpağın radiaktivliyi təbii və süni olur[1].
Nüvə qurğularının sınağı, qəza tullantıları və torpağa atom sənayesinin tullantılarının düşməsi nəticəsində yaranan radionuklidlərin Yer səthinə düşməsində baş verir. Torpağın radiaktivlik çirklənmə sıxlığı küri vahidinin ərazi vahidinə bərabər olması ilə, yaxud stronsi vahidi ilə ölçülür. Bu cür torpaqlarda radiaktivlik təbii növdən çoxdur.