Trekul yukkası

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Trekul yukkası
Elmi təsnifat
Beynəlxalq elmi adı

Trekul yukkası (lat. Yucca treculeana) — qulançarkimilər fəsiləsinin yukka cinsinə aid bitki növü.


Təbii yayılması

Vətəni Şimali Amerikadır (Texasdan Şərqi Meksikaya qədər).

Botaniki təsviri

Hündürlüyü 5 m-ə qədər, oduncaqşəkilli, zəif şaxələnmiş, yavaş böyüyən həmişəyaşıl növdür. Gövdəsi düz, ağımtıl rəngdədir. Yarpaq rozetləri ilə qurtaran budaqlı balaca ağacdır. İynəyarpaqları 30 dərəcəlik bucaq altında düzünə, dairəvi şətir əmələ gətirir. Mavi-yaşıl rəngli düz və ya bir az əyilmış yarpaqları sıx rozetlərə yığılmışdır. Sıx yerləşmış yarpaqları qılıncşəkilli, uzunluğu 120 sm-ə qədər, ortasında eni təxminən 7-9 sm olub, bünövrəsində tərəf ensizləşir. Yarpaqları dərili, hər iki tərəfdən çıxıntılı, xətvarıdır, tünd-yaşıl rəngdədir, uzunluğu 60-80 sm, süpürgə oxu çılpaqdır. Çiçək saplağı qısadır, çiçək qrupunun süpürgəsi şaxələnmişdir. Abşeron şəraitində çiçəkləyir, meyvə vermir. Yazda və yayda kök ətrafı zoğlarla və ya yarpaqsız gövdənin orta hissəsindən ayrılmlş qələmlərlə çoxaldılır.

Ekologiyası

İşıqlı sahələrdə və yaxşı drenajlı qidalı torpaqlarda normal böyüyüb inkişaf edir.

Azərbaycanda yayılması

1989-cu ildə Mərdəkan dendrarisinə introduksiya olunmuşdur. Abşeronda, Lənkəran zonasında park və bağlarda mədəni şəraitdə əkilib becərilir.

İstifadəsi

Dekorativ bitki kimi tək və qrup əkinlərində, mərkəzi alleyalarda istifadəsi məqsədyönlüdür.

Məlumat mənbəsi

  1. Illustrated Handbook of Succulent Plants: Monocotyledons. / red. U. Eggli, R. Nyffeler 2 2020. S. 410–411. ISBN 978-3-662-56486-8 doi:10.1007/978-3-662-56486-8