Tsin Şupey

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Tsin Şupey
秦舒培
2014-cü ildə.
2014-cü ildə.
Doğum tarixi 10 avqust 1989(1989-08-10) (34 yaş)
Doğum yeri
Həyat yoldaşları Zao Ley (2012-2015), Edison Çen (hazırda)
Uşağı Alaya Çen (qızı)
Fəaliyyəti model[d], aktrisa
Fəaliyyət illəri 2007-ci ildən
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tsin Şupey (çin. 秦舒培; 10 avqust 1989, Kayfın[d]) və ya sadəcə Şu PeyÇin supermodeli və aktrisası. DNA Models (Nyu-York), Oui Management (Paris) və VIE Models (Honkonq) agentlikləri ilə əməkdaşlıq edir.[1] Boyu 178 santimetrdir.

İlk illəri

Tsin Şupey 10 avqust 1989-cı ildə Çinin Henan əyalətinin Kayfın şəhərində doğulmuşdur. Məktəb təhsilini ABŞ-nin Nyu-York şəhərində almışdır. Nyu-Yorkda təhsil alarkən model olmağa qərar vermişdir.

Karyerası

Podiumda.

Tsin 2007-ci ildə Next Management agentliyi ilə müqavilə imzalamışdır.[2] 2007-ci ilin sentyabrında Nyu-York şəhərində baş tutmuş Rachel Roy şousunda model kimi debüt etmiş, Brian Reyes, Catherine MalandrinoVerrier brendləri üçün podiuma çıxmışdır. 2008-ci ilin avqustunda "British Elle", 2008-ci ilin avqustunda isə "Vogue China" jurnalının baş məqaləsində yer almışdır.[2]

2012-ci ildə ilk dəfə olaraq Victoria's Secret Dəb Şousunda iştirak etmişdir. 2017-ci ildə Çinin Şanxay şəhərində baş tutan Victoria's Secret Dəb Şousunda da podiuma çıxmışdır.[3]

2010-cu ildə 60 şou üçün modellik etmiş və 2011-ci ildə Models.com saytı tərəfindən Top-50 model siyahısına salınmışdır..[4][5] MaybellineVera Wang brendlərinin mətbuat katibi seçilmişdir.[6] 2010-cu ilin iyulunda Elle Stil Mükafatının qalibi olmuşdur.[7]

2012-ci ildə Gucci, Burberry, Vera Wang, Chanel, Dior və Versace brendləri üçün podiuma çıxmışdır.[3]

2015-ci ilin martında "Göydən düşən körpə" filmində aktrisa kimi debüt etmişdir.[8] 2015-cu ildə Met qalasında iştirak edərək Tommy Hilfiger brendinin yüksək dəb libasını geyinmişdir.[9]

27 aprel 2012-ci ildə Huayi Brothers Fashion Group və Elle tərəfindən təşkil olunan bir film tədbirinin səfiri olmuşdur.[10] 19 may 2012-ci ildə NBAJam Liv adlı qeyri-kommersiya idman tədbirində iştirak etmişdir.[11] 8 noyabr 2012-ci ildə Swarovski şirkətinin Şanxay şəhərində baş tutan incəsənət sərgisinin iştirakçısı olmuşdur.[12]

2013-cü ildə Mark Ceykobsun "Olduğun dərini qoru" adlı dəri xərçənginə qarşı olan köynək layihəsində iştirak edərək nud modellik etmişdir.[13]

Şəxsi həyatı

Tsin 2012-ci ildə Huayi Brothers Fashion Group şirkətinin meneceri Zao Ley ilə evlənmiş, 2015-ci ildə isə ondan boşanmışdır. Daha sonra Edison Çen ilə münasibəti olmuşdur.[14][15]

2017-ci ildə Alaya Çen adlı ilk qızı doğulmuşdur.

İstinadlar

  1. "Shu Pei Qin". 2021-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-16.
  2. 1 2 "Shu Pei Model Profile". New York Magazine. April 5, 2019. February 23, 2016 tarixində arxivləşdirilib.
  3. 1 2 "Meet The Asian Models Walking Victoria's Secret Fashion Show In Shanghai". Forbes. 2021-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-16.
  4. "More Asian Models on Fashion's Big Stages". WSJ. 2021-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-16.
  5. "Simply Vera by V era Wang". Fashion Model Directory. 2021-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-16.
  6. "Maybelline Signs Chinese Model Shu Pei". The Cut. 2022-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-16.
  7. "[动态]2010ELLE 秦舒培获年度风尚超模-搜狐上海". sh.sohu.com. 2022-04-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-28.
  8. "《从天儿降》北京开机 制片人章子怡有望出演重要角色 – Mtime时光网". news.mtime.com. 2020-08-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-03.
  9. Friedman, Vanessa. "Shupei Qin". The New York Times. 2015-06-17. ISSN 0362-4331. İstifadə tarixi: 2017-04-03.
  10. "2013华谊ELLE之夜群星闪耀 小零钱大爱心推动公益". www.ellechina.com. 2017-04-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-04-03.
  11. "华谊兄弟时尚超模闪耀NBA Jam Live群星篮球赛 _女性_腾讯网". lady.qq.com. 2017-04-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-04-03.
  12. "施华洛世奇"璀璨之谜"艺术展华丽绽放上海_新浪女性_新浪网". eladies.sina.com.cn. 2022-04-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-03.
  13. "全裸超模秦舒培为慈善献身_大辽网_腾讯网". ln.qq.com (çin). 2021-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-03.
  14. "Edison Chen and supermodel Shupei Qin respond to cheating allegations". herworldPLUS (ingilis). 2017-04-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-04-03.
  15. "Meet the new girl in Edison Chen's life - his baby daughter" (ingilis). 2021-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-05.

Xarici keçidlər