Vera Vonq

Vera Ellen Vonq (çin. 王薇薇; 27 iyun 1949[1], Nyu-York, Nyu-York ştatı[2])[3] – əslən çinli olan ABŞ dəb dizayneri.[4] Gəlinlik libasları və fiqurlu konkisürənlər üçün kostyumlar dizayn etməsi ilə məşhurdur. Bir çox məşhur qadın üçün paltar dizayn etmişdir.

Vera Vonq
çin. 王薇薇
Doğum tarixi 27 iyun 1949(1949-06-27)[1] (75 yaş)
Doğum yeri
Uşağı 2
Təhsili
Fəaliyyəti dizayner, fiqurlu konkisürən, dəb dizayneri, biznes ledi
Fəaliyyət illəri 1989-cu ildən
verawang.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Vera Ellen Vonq 27 iyun 1949-cu ildə Nyu-York şəhərində doğulmuşdur. Valideynləri Çində doğulmuş, lakin 1940-cı illərdə ABŞ-yə miqrasiya etmişdilər. Anası Florens Vu (U Çifan) BMT üçün tərcüməçi kimi fəaliyyət göstərmişdir. Atası Çen Çin Vonq (Van Çentsin) isə Yanszı UniversitetininMassaçusets Texnologiya İnstitutunun məzunu olmuş, öz dərman şirkətinə sahib olmuşdur. Ana tərəfdən olan babası Fentyan klikasının generalı olan Vu Cunşen idi və 1928-ci ildə Yaponiya imperiyası tərəfindən öldürülmüşdür.[5] Vonqun Kennet adında bir qardaşı var.[6]

Vonq Frends seminariyasına qatılmış[7] və 1967-ci ildə Çapin məktəbindən məzun olmuşdur. Daha sonra Paris Universitetinə qəbul olmuş, Sara Lourens kollecində incəsənət tarixi üzrə elmi dərəcə əldə etmişdir. Vonq 8 yaşında ikən fiqurlu konkisürmə ilə məşğul olmağa başlamışdır.[8] 1968-ci ildə ABŞ Fiqurlu Konkisürmə Çempionatına qatılmışdır. 1968-ci ildə "Faces in the Crowd" jurnalında görünmüşdür.[9] ABŞ-nin Olimpiya komandasına qəbul ola bilmədiyi üçün dəb sənayesinə daxil olmağa qərar vermişdir.[10] Vonq hələ də konkisürmə ilə məşğul olur.[8]

Vonq Sara Lourens kollecindən sonra "Vogue" jurnalının redaktoru seçilmiş və jurnaldakı ən gənc redaktor olmuşdur. 17 il boyunca jurnal üçün işləmiş, 1978-ci ildə jurnaldan ayrılaraq Ralf Lourenlə işləməyə başlamışdır. Onun üçün 2 il işlədikdən sonra müstəqil gəlinlik dizayneri olmaq qərarına gəlmişdir.[11]

Vonq bir çox məşhur şəxs üçün toy paltarı dizayn etmişdir: Heyli Uilyams,[12] Ariana Qrande, Çelsi Klinton,[13] Karenna Qor,[14] İvanka Tramp,[13] Kempbell Braun,[15] Alisiya Keys,[13] Meraya Keri,[13] Viktoriya Bekhem,[13] Sara Mişel Qellar,[16] Avril Lavin,[13] Hilari Daff,[13] Xloi Kardaşyan,[17] Kim Kardaşyan.[18] Vonqun dizayn etdiyi axşam paltarı Mişel Obama tərəfindən geyinilmişdir.[19][20]

2014-cü ildə Nyu-York Dəb Həftəsi üçün təqdim etdiyi işlər.

Vonq bir çox fiqurlu konkisürən üçün kostyumlar hazırlamışdır: Nensi Kerriqan, Mişel Kvan, Evan Laysaçek, Neytan Çen. Kerriqan 19921994-cü il Qış Olimpiya Oyunlarında, Kvan 19982002-ci il Qış Olimpiya Oyunlarında, Laysaçek 2010-cu il Qış Olimpiya Oyunlarında və Çen 2018-ci il Qış Olimpiya Oyunlarında onun dizayn etdiyi kostyumu geymişdir.[21] Fiqurlu konkisürmə idmanına verdiyi töhfələrə görə 2009-cu ildə ABŞ Fiqurlu Konkisürmə üzrə Şöhrət Zalına daxil olmuşdur.[22] Filadelfiya İqls çirliderləri üçün uniformalar dizayn etmişdir.[23]

23 oktyabr 2001-ci ildə "Vera Vonq toylarda" adlı kitabı nəşr olunmuşdur.[24] 2005-ci ilin iyununda Amerika Dəb Dizaynerləri Şurası tərəfindən verilən İlin qadın geyimi dizayneri mükafatına layiq görülmüşdür.[25][26] 27 mart 2006-cı ildə Savanna İncəsənət və Dizayn Kollecinin mükafatı ilə təltif olunmuşdur.

Vonqun bir çox axşam geyimi məşhurlar tərəfindən qırmızı xalça mərasimlərində istifadə olunmuşdur: Viola Devis 2021-ci ildəki Oskar mərasimi,[27] Sofiya Verqara isə 65-ci Emmi mükafatı mərasimində Vonqun dizayn etdiyi libası geyinmişdir.[28]

2013-cü ildə Amerika Dəb Dizaynerləri Şurasının Həyat Yolu Uğuru Mükafatına layiq görülmüşdür.

2018-ci ildə "Forbes" jurnalının "Amerikanın öz imkanları ilə ən varlı olan qadınlar" siyahısında 34-cü yeri tutmuş, illik gəliri 630 milyon dollar olaraq göstərilmişdir.

1990-cı ildə Nyu-Yorkda yerləşən Karlayl hotelidə öz dizayn salonunu açmışdır. Salonda onun əsas gəlinlik libaslarının satışı üçün nəzərdə tutulub.[29] Daha sonra Nyu-York, London, TokioSidneydə yeni gəlinlik butikləri açaraq brendini böyütmüş, zinət əşyaları, kosmetika, ayaqqabı kolleksiyaları satmağa başlamışdır.[30]

11 fevral 2011-ci ildə "David's Bridal" mağazasında "Vera Vonqun ağı" adlı gəlinlik seriyası satışa çıxarılmışdır.[31] 2002-ci ildə Vonq ev dəbi sənayesinə daxil olmuş və "Vera Vonq Çini və Kristal Kolleksiyası"nı yaratmışdır.[32] 2007-ci ildə isə "Sadə Vera" adlı qarışıq kolleksiyanı yaratmışdır.

2012-ci ilin yazında "Men's Wearhouse" ilə əməkdaşlıq edərək iki taksedo stili təklif etməyə başlamışdır.[33] Asiyada ilk baş mağazasını 2012-ci ilin iyununda Cənubi Koreyanın Seul şəhərində açmışdır.[34]

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

1989-cu ilin iyununda Artur Bekker adlı biznesmenlə evlənmişdir. İki qızı övladlığa götürüblər.[35] 2012-ci ilin iyununda cütlük ayrıldığını açıqlamışdır.[36]

  1. 1 2 The Fine Art Archive. 2003.
  2. 1 2 Union List of Artist Names (ing.). 2022.
  3. "Vera Wang Wed To Arthur Becker". The New York Times. June 23, 1989. October 19, 2018 tarixində arxivləşdirilib.
  4. Friedman, Vanessa. "設計師王薇薇的房間,那裡什麼都沒有". The New York Times (çin). September 15, 2014. June 25, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 24, 2018.
  5. "吴俊升的外孙女王薇薇介绍 - 武林网". January 11, 2018. January 11, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 16, 2020.
  6. "C. C. Wang didn’t want married mistress" Arxivləşdirilib 2022-07-06 at the Wayback Machine. New York Daily News. April 2012.
  7. "Going Once, Going Twice" (April 13, 2015). New Yorker Magazine. January 16, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 14, 2019.
  8. 1 2 Barsamian, Edward. "Vera on Ice". The New York Times. December 20, 2011. December 13, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 20, 2011.
  9. Sports Illustrated, December 15, 2006, p. 66
  10. Krohn, Katherine. Vera Wang (A&E Biography). Twenty-First Century Books. 2006. səh. 112. ISBN 0-8225-6612-5. 2014-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-24.
  11. "Vera Wang". Fashion Model Directory. 2012-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-24.
  12. Hansen, Erika. "Hayley Williams Weds Chad Gilbert in Vera Wang Dress and Doc Martens Boots". Your Next Shoes (ingilis). 2016-02-24. 2022-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-10.
  13. 1 2 3 4 5 6 7 "The 12 Most Stunning Vera Wang Brides". Vogue. June 27, 2014. December 24, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 24, 2021.
  14. "Gore's Eldest Daughter Weds New York Doctor In Washington". CNN. July 12, 1997. January 21, 2009 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: September 24, 2021.
  15. "NBC's Campbell Brown Gets Married". People. April 2, 2006. June 2, 2009 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: September 24, 2021.
  16. "Archived copy". February 8, 2009 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: March 8, 2017.
  17. "Celebrities who wore Vera Wang on their wedding day". Hello!. October 13, 2013. səh. 3. March 6, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 24, 2021.
  18. "Celebrities who wore Vera Wang on their wedding day". Hello!. October 13, 2013. səh. 4. August 11, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 24, 2021.
  19. "Michelle Obama Dons Vera Wang". Elle Magazine. December 5, 2011. July 11, 2012 tarixində orijinalından arxivləşdirilib.
  20. "Photos: 10 Best Dressed: Week of December 12, 2011". Vogue. December 2011. February 15, 2012 tarixində orijinalından arxivləşdirilib.
  21. Frey, Kaitlyn. "Vera Wang Reflects on More Than 20 Years of Designing Olympic Figure Skating Costumes". People. February 8, 2018. February 11, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 12, 2018.
  22. "Johnny Weir, Evan Lysacek in battle at figure skating nationals". USA Today. January 22, 2009. 2011-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-24.
  23. "Highlights". Philadelphia Eagles. April 19, 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: August 8, 2016.
  24. "Vera Wang On Weddings". www.goodreads.com. September 24, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 27, 2020.
  25. "Vera Wang honored for lifetime achievement". The Columbus Dispatch. June 5, 2013. March 2, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 24, 2021.
  26. cfda.com "Vera Wang" Arxivləşdirilib 2019-03-02 at the Wayback Machine, Council of Fashion Designers of America.
  27. "Oscars 2012: Stars arrive". BBC News. February 27, 2012. Image 3 of 16. November 29, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 24, 2021.
  28. "Sofía Vergara Talks Wedding Dress: It Has to Be Vera Wang". E! News. October 2, 2013. March 2, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 24, 2021.
  29. "Vera Wang – Designer Fashion Label Biography" Arxivləşdirilib 2012-10-21 at the Wayback Machine, New York Magazine. Retrieved October 20, 2009.
  30. "Vera Wang Fragrances". VeraWangFragrances.com. January 23, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 13, 2015.
  31. "White by Vera Wang launches at David's Bridal". David's Bridal. January 21, 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: November 23, 2013.
  32. "Pink Collection by Audrey Hepburn". February 24, 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: November 3, 2014.
  33. "Men's Wearhouse Partners with Vera Wang to Launch Black by Vera Wang". PR Newswire. PR Newswire. March 2, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 18, 2015.
  34. Lee, Rachel. "Vera Wang opens 1st Asia flagship in Seoul". Korea Times. June 29, 2012. October 4, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 16, 2012.
  35. Larocca, Amy. "Vera Wang's Second Honeymoon". New York. January 12, 2006. July 19, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 24, 2021.
  36. Feitelberg, Rosemary. "Vera Wang and Arthur Becker Separate". Women's Wear Daily. July 11, 2012. September 27, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 11, 2012.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]